Icma.az
close
up
RU
Rusiya üçün çətin seçim: Ukrayna, İran və ABŞ nin tələbləri arasında geosiyasi sıxılma

Rusiya üçün çətin seçim: Ukrayna, İran və ABŞ nin tələbləri arasında geosiyasi sıxılma

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran və İsrail arasında davam edən hərbi qarşıdurma qlobal geosiyasi sistemə birbaşa təsir göstərməyə başlayıb. Xüsusilə Rusiya üçün bu savaşın yaratdığı ikili təzyiq indi daha qabarıq görünür: bir tərəfdə Ukraynada davam edən müharibə, digər tərəfdə isə İranın zəifləyən rejimi və ABŞ-İsrail oxunun artan təzyiqləri.

Son məlumata görə, Vaşinqtonun təşəbbüsü ilə ABŞ və Rusiya arasında planlaşdırılan diplomatik danışıqlar növbəti raunda keçirilib. Bu təxirə salma, Tramp və Putin arasında baş tutmuş telefon danışığından sonra baş verib. Əsas gündəm isə İran olub - Vaşinqton Rusiyadan Tehranı nüvə proqramından və raket silahlanmasından geri çəkilməyə məcbur etməsini istəyib.

Moskvanın dilemması: İranı sata bilməz, amma qoruya da bilməz

Rusiya üçün yaranan vəziyyət çox mürəkkəbdir. İranın tam şəkildə zəifləməsi və ya rejim dəyişikliyi baş verərsə, bu, Yaxın Şərqdə Rusiya-Çin təsirinin ciddi şəkildə azalması demək olacaq. Amma eyni zamanda, Kreml Tehrana hərbi və iqtisadi dəstək verəcək gücə də malik deyil.

Digər tərəfdən, ABŞ Rusiyaya təzyiq göstərərək İranın müqavimətini sındırmaqda vasitəçi olmağı təklif edir. Lakin Moskva buna razılaşarsa, nəticədə özü də Tramp administrasiyasının “sifariş icraçısına” çevrilə bilər - bu isə nə Rusiyanın strateji mövqeyinə, nə də Pekinlə münasibətlərinə uyğundur.

İran müharibə aparır, amma təkdir

İsrailin İran ərazisində yerləşən hərbi və hava bazalarını ardıcıl şəkildə vurması göstərir ki, artıq Tehran rejimi həm hərbi baxımdan təzyiq altındadır, həm də diplomatik baxımdan təcrid olunur. Rusiya və Çin - iki əsas strateji tərəfdaşı - bu mərhələdə yalnız ritorik dəstək verir. Faktiki müdaxilə və ya silah dəstəyi müşahidə olunmur.

Pakistan və Türkiyə kimi ölkələrin də İran rejimi ilə məsafəli davranması Tehranı daha da təklənmiş vəziyyətə salır. Ankara vasitəçi kimi çıxış edə bilsə də, onun da Tehranda real təsir imkanları məhduddur.

“İranı Ukraynaya dəyişmək” teoriyası: Geosiyasi fantaziya, yoxsa yeni ssenari?

Bəzi beynəlxalq analitik dairələrdə belə bir tezis irəli sürülür: ABŞ Rusiyaya Ukrayna cəbhəsində nisbətən rahatlıq vermək müqabilində, İranı güzəştə getməsini istəyir. Amma bu fikir praktik baxımdan dayanıqlı deyil. Birincisi, İranın təslim olması Ukraynadakı müharibənin taleyini dəyişmir. İkincisi, Rusiya bununla öz nüfuzunu həm Yaxın Şərqdə, həm də Çinlə münasibətlərdə zəiflətmiş olar.

Putin üçün ən ideal variant Tehranı danışıqlara cəlb edib, Trampın şərtlərini qismən qəbul etdirməklə, rejimi qorumaq və İsrailin hava məkanında qalmasının qarşısını almaq olardı. Amma bu da real görünmür - çünki nə ABŞ, nə İsrail, nə də İran bu kompromislə razılaşmaq niyyətindədir.

Müharibədən sonra yeni nizam gəlirmi?

İsrail-İran qarşıdurması yalnız bu iki dövlətin gələcəyini deyil, regionun bütövlükdə strateji konfiqurasiyasını dəyişəcək. Hər bir oyunçu - Türkiyə, Rusiya, ABŞ, Çin və Körfəz ölkələri - artıq müharibəsonrası dönəmin status-kvosunu dizayn etməyə çalışır.

Bu mübarizənin nəticəsini isə İran rejiminin nə qədər davam gətirəcəyi və bu münaqişəyə üçüncü ölkələrin - məsələn, Livan, İraq və Suriyanın ərazilərinin cəlb olunub-olunmaması müəyyən edəcək.

Rusiya yekun seçim qarşısındadır

Moskva bu mərhələdə İranı qorumadan nüfuzunu itirə, İrana yardım etməklə isə ABŞ və NATO-nun sərt reaksiyası ilə üzləşə bilər. Hər iki istiqamət itkilərlə doludur. Buna görə də Rusiya “geosiyasi gözləmə rejimi”nə keçib və hələlik heç bir konkret mövqe tutmur.

Ən təhlükəli ssenari isə budur: İran zəiflədikcə, Rusiya zəif davranır və ABŞ isə sərtləşir. Bu balanssızlıq yaxın aylarda daha ciddi regional və qlobal zəlzələlərə yol aça bilər.

Züriyə Qarayeva

Politoloq

Bakıvaxtı.az üçün

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri