Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Rusiya üçün geri sayım: Tramp müddəti azaltdı, nəticə nə olacaq?

Rusiya üçün geri sayım: Tramp müddəti azaltdı, nəticə nə olacaq?

Icma.az, 525.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşdə bəyan etdi ki, rusiyalı həmkarının Ukraynada real atəşkəs əldə etməsini 50 gün gözləmək fikrində deyil, bunun üçün 10-12 gün kifayət edər: “Mən bu gündən (28 iyul - red.) etibarən təxminən 10 və ya 12 günlük yeni son tarix təyin edəcəyəm. Gözləməyə heç bir səbəb yoxdur. Xoşniyyətli olmaq istəyirəm, lakin biz heç bir irəliləyiş görmürük”.

Tramp Putinlə artıq dəfələrlə danışdığını, lakin danışıqlardan sonra Rusiyanın Ukraynaya hücumlarını davam etdirdiyini söyləyib: “Biz fikirləşirdik ki, bunu həll etmişik, sonra Prezident Putin Kiyev kimi hansısa şəhərə raketlər atmağa başlayır və qocalar evində çoxlu insanı öldürür, yaxud başqa nə isə edir”.

Tramp bundan əvvəl Ukrayna və Rusiya liderləri Volodimir Zelenski və Vladimir Putinlə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyü barədə danışıb. Amma son hadisələrdən sonra Putinlə artıq danışıqlarda o qədər də maraqlı olmadığını söyləyib. Eyni zamanda, Rusiyaya ikinci dərəcəli tariflər tətbiq edəcəyini də deyib.

Tramp bu il yanvarın 20-də rəsmi olaraq ikinci dəfə ABŞ-da prezident vəzifəsinin icrasına başlayıb. Həm seçki kampaniyasında, həm də qələbəsindən sonra Rusiya-Ukrayna münaqişəsini qısa zamanda həll edəcəyini açıqlayıb. İndiyə kimi sülhlə bağlı bir sıra səylər, təşəbbüslər göstərsə də heç biri nəticə verməyib. Təbii ki, münaqişə mürəkkəb xarakter alıb, onun qısa müddətdə həlli mümkün görünmürdü. Amma artıq yanvardan bu yana keçən müddət nəzərə alınsa, hansısa irəliləyiş olmalı idi. İkincisi, Ukrayna ərazisi işğal altındadır, Rusiya isə həmin ərazilərdən çıxmaq niyyətində deyil və müharibəni davam etdirir, Ukraynanın şəhərlərini bombardman edir.

Sentyabrın 3-də Yaponiya üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya müharibəsinin başa çatması münasibətilə Çində hərbi parad keçiriləcək. Trampın və Putinin də bayram tədbirlərində iştirakları gözlənilir. Əvvəlki müddət, yəni Rusiyaya verilmiş 50 gün Putinə ABŞ liderinə şəxsən cavab vermək imkanı yaradırdı. Amma müddətin azaldılmasının nə ilə nəticələnəcəyi, Trampın hansı addımları atacağı müzakirə mövzusu olaraq qalır.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Tramp sentyabrın 3-də Çinə səfər etmək qərarına gəlsə, o zaman onun Pekində bayram tədbirlərinə dəvət olunmuş Vladimir Putinlə görüşü tamamilə mümkündür. Putin özü belə bir səfərə hazırlaşır.

Ekspertlər Trampın müddət bitdikdən sonra sərt addım atacağını düşünmürlər. Burada bir sıra amillər, o cümlədən enerji məsələsi, Amerika iqtisadiyyatı, həmçinin Putinlə münasibətlər önə çəkilir. Onu da yada salaq ki, iyulun 14-də ABŞ prezidenti 50 gün ərzində Ukrayna üzrə sülh razılaşması əldə olunmayacağı təqdirdə Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.

Çinin müharibəni bitirmək üçün Rusiyaya təsir imkanları da müzakirə mövzusu olaraq qalır. Hələ 2025-ci ilin fevralında Çin hakimiyyəti Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı razılıq əldə etmək üçün görüş təşkil etmək təklifini irəli sürmüşdü. İndi Pekində belə bir fürsət yaranıb, liderlər görüşüb qeyri-rəsmi olaraq hər şeyi müzakirə edə bilərlər. Amma Trampın son açıqlamaları həm də onu göstərir ki, artıq Kremldən Ukrayna ilə bağlı real razılaşmalar gözləmir.

İndi maraq doğuran əsas sual budur ki, Rusiya üçün başlanan geri sayım nə ilə nəticələnəcək? Tramp 10 gündən sonra hansı addımları ata bilər?

Britaniyalı analitik Aleksandr Merkuris hesab edir ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı verdiyi ultimatumun son müddətini azaltması onun zəifliyindən xəbər verir. Ekspertə görə, ultimatumların verilməsi müddətlərinin azaldılması nadir hallarda baş verir və əgər bu, baş verərsə, o zaman yalnız rəqibə təzyiq göstərmək üçündür: "Çox vaxt bu, yalnız ultimatum verənlərin zəifliyindən və narahatlığından söz açır. İndi belə demək olar ki, Ağ Ev rəhbəri özü özünü tələyə salıb. Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmir, baş verənlərdən sadəcə təəssüflənir”.

Amerikalı iqtisadçı Cefri Saks isə hesab edir ki, ABŞ-ın Rusiyaya ultimatumu nəticə verməyəcək, Vaşinqton diplomatiyaya əl atmalıdır. Ekspertin fikrincə, bu, sadəcə olaraq işləməyəcək: “Hazırda Amerika diplomatiyasını təsvir etmək üçün ən yaxşı söz qeyri-adekvatdır”.

Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib ki, ABŞ prezidenti Donald Tramp Kiyevin məğlubiyyətini sürətləndirmək üçün Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın ultimatumunun verilməsi müddətini qısaldıb. Onun fikrincə, Tramp əllərini yumaq istəyir.

Deputatın sözlərinə görə, hazırda cəbhədəki vəziyyət Kiyev üçün kritikdir, Rusiya Silahlı Qüvvələri bütün istiqamətlərdə irəliləyir. Cəbhə dağılmaq üzrədir və bundan sonra Ağ Evin rəhbəri Kiyevə daha çox təzyiq göstərməli olacaq. Bununla belə, o söyləyib ki, ultimatumun qısaldılması həm Rusiya, həm də Ukrayna tərəfləri üçün yaxşı əlamətdir, çünki silahlı münaqişə daha tez bitəcək, bu da Ukrayna üçün qan tökülməsinin, ərazi itkisinin də bitəcəyi deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri