Icma.az
close
up
RU
Tramp Putini Zəngəzur dəhlizi ilə “vurdu”, Rusiya üçün geri sayım başladı Yeni vəziyyət

Tramp Putini Zəngəzur dəhlizi ilə “vurdu”, Rusiya üçün geri sayım başladı Yeni vəziyyət

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın Zəngəzur dəhlizinə 100 illik nəzarət təklifinə cavabı maraqla qarşılandı. Paşinyan belə bir məsələnin hazırda müzakirə olunduğunu, lakin sadəcə Ermənistanın yurisdiksiya və suverenliyi daxilində qəbul edilə biləcəyini söylədi.

Maraqlıdır ki, təklifin səsləndirildiyi ilk gün Ermənistanın baş nazir administrasiyası buna sərt reaksiya vermiş, dərhal rədd etmişdi. Digər tərəfdən isə Rusiyanın bu məsələdə susqunluğu xüsusi diqqət çəkir. Dövlət Dumasının deputatı Konstantin Zatulin Bakı və Moskva arasındakı gərginliyin bu mövzudan qaynaqlandığını desə də, Kreml rəsmi müstəvidə dəhliz təklifinə heç bir münasibət bildirmir.

Rusiyanın susqunluğunun səbəbi nədir?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, bu məsələ Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz gediş-gəlişi təmin etməyə yönəlib:

“Zəngəzur dəhlizinin açılması həm yüklərin, həm də insanların sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır. Azərbaycan üçün də məhz buna görə aktualdır. Dəhlizin açılması bir zərurətdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bunun əhəmiyyətini vurğulayıb. Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Lakin ümid edirik ki, bu proses iki ölkə arasında aparılan danışıqlar nəticəsində imzalanmış bəyanatlara əsasən, könüllü şəkildə və tərəflərin iradəsi ilə həllini tapacaq.

Vaşinqtonun dəhlizlə bağlı irəli sürdüyü təşəbbüsə Moskvanın cavab verməməsi həmin yolun nəzarətini öz üzərinə götürmək cəhdi olaraq qiymətləndirilir. Rusiyanın indiki susqunluğu isə əsasən Ukraynadakı hadisələrlə bağlıdır. Son dövrlərdə Ukraynada baş verənlər fonunda Ağ Evin Kremlə yanaşmasının dəyişdiyini və Avropa ilə eyni mövqeyə gəlməyə çalışdığını müşahidə edirik. Bu, əvvəllər göstərilən münasibətdən fərqli olaraq daha sərt və birgə yanaşmanın ortaya çıxmasına səbəb olub. Rusiyaya vaxt verilir və Ukrayna ilə razılaşma əldə etmək üçün masaya oturmaq tələb olunur. Razılaşma olmasa, ABŞ Rusiyanın bütün imkanlarını və rıçaqlarını məhdudlaşdırmaq üçün addımlar atacaq. Zəngəzur dəhlizi məsələsi də bu strateji təzyiqlərdən biri olacaq”.


Xəyal Bəşirov

Politoloq qeyd edib ki, Ağ Ev bu məsələdə Zəngəzur dəhlizinə birbaşa nəzarət istəyini ortaya qoymur:

“Əslində, bu, Rusiyanın Ukrayna mövzusunda ABŞ Prezidenti Donald Trampın gözlədiyi şəkildə hərəkət etməməsi ilə bağlıdır. Trampın məqsədi Moskvaya konkret bir mesaj göndərməkdir. Təsadüfi deyil ki, Rusiyaya 50 gün vaxt vermişdi. Əgər bu müddət ərzində müəyyən addımlar atılmazsa, ABŞ ona konkret tələblər irəli sürəcək. Vaşinqton İrəvan vasitəsilə Moskvanı Zəngəzur dəhlizi mövzusunda təzyiqə məruz qoyur.

ABŞ həm Cənubi Qafqazda, həm də Ukraynada Rusiyanı sıxışdırmaq üçün Zəngəzur dəhlizini bir “oyun” olaraq istifadə edir. Kremlin susqunluğu, həqiqətən də, onun çətin durumda olduğunu göstərir. Mövcud vəziyyətdə heç bir hərəkət etməyə hazır deyil və ya bu məsələdə seçilmiş susqunluğu strateji yanaşmadır. Rusiyanın bəzi nümayəndələri, məsələn, Zatulin kimilər, müəyyən mövqelərini ifadə edirlər, amma onların fikirləri heç vaxt ciddi qəbul edilməyib. Bunun səbəbi yanaşmalarının neytral olmaması və Rusiya dövlətinin maraqlarına uyğun gəlməməsidir. Elə şəxslərin səsləndirdikləri fikirlər, ümumiyyətlə, anti-Azərbaycan mövqeyindədir və birtərəfli yanaşmalarla təqdim edilir. Lakin Rusiyanın rəsmi mövqeyi deyil və həmin şəxslərin fərdi baxışlarını əks etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri