Icma.az
close
up
RU
Rusiya Ukraya müharibəsi yekunlaşmır?

Rusiya Ukraya müharibəsi yekunlaşmır?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Moskva hücumlarını davam etdirir

Avqustun 15-də baş tutan Alyaska, avqustun 18-də keçirilən Vaşinqton görüşlərinin ardından Ukrayna - Rusiya müharibəsinin bitəcəyi ilə bağlı ümidlər yaransa da, son günlər yaşananlar fikirləri haçalamaqdadır. Belə ki, görüşlərin ardından münaqişə tərəfləri ilə təmasla bağlı fikir mübadilələri aparılsa da, sülhlə bağlı mövqelər açıqlansa da, gözlənilənlərin əksinə olaraq döyüşlər hələ də davam etməkdədir. Sülh gözlənildiyi halda raket hücumları daha da intensivləşib.

Hamı sülh gözləyir, Rusiya bombardman edir...

Bəli gözlənilənlərin əksinə olaraq cəbhədəki vəziyyət stabilləşmədi - əksinə, daha da kəskin hal aldı. Belə ki, Rusiya avqustun 19-na keçən gecə Ukraynaya qarşı indiyədək ən kütləvi hücumlarından birini həyata keçirib. Belə ki, hücumda 270 pilotsuz uçuş aparatı, beş ballistik və beş qanadlı raketdən istifadə edilib. Hücumlarda strateji aviasiya da iştirak edib. Rəsmi açıqlamaya əsasən, hava hücumundan müdafiə qüvvələri əksər hədəfləri məhv edə bilsə də, 40-dan çox zərbə qeydə alınıb. Xüsusilə “X-101” tipli qanadlı raket və üç “İsgəndər-M” ballistik raketi hədəflərinə çatıb. Məlumatlara görə, ən güclü zərbələr Poltava vilayətinə, xüsusən də Kremençu şəhərinə endirilib.

Vilayətin hərbi administrasiyasının rəhbəri Vladimir Koqutun sözlərinə görə, hücum nəticəsində 1,5 mindən çox insan işıqsız qalıb.

Avqustun 20-də isə Sumı vilayətinə zərbə endirilib - hucumda istifadə edilən 93 dron və 2 raketdən 62 dron və 1 raket vurulub. Hücum nəticəsində ən azı 14 nəfər yaralanıb. Odessa bölgəsində isə enerji obyektləri hədəfə alınıb, enerji infrastrukturuna ziyan dəyib.

Rusiya ordusu avqustun 21-i gecə saatlarında yenidən Ukraynaya kütləvi hücum həyata keçirib. “RBK-Ukrayna”nın məlumatına görə, partlayışlar həm şimal, həm də mərkəzi bölgələrdə eşidilib. Ukraynanın Sumı, Dnepropetrovsk, Zaporojye, Lvov və digər vilayətlərindəki obyektlər hücuma məruz qalıb. Hücumlar zamanı “Kinjal”, “Kalibr” raketləri və “Şahed” dronlarından, həmçinin uzaqmənzilli “X-101” qanadlı raketlərinin daşıyıcısı olan “Tu-95MS” və “Tu-160” strateji bombardmançı-raket daşıyıcı təyyarələrindən istifadə edilib. Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində PUA-nın qaz kompressor stansiyasına zərbə endirdiyi də iddia edilir, hadisə yerində yanğın baş verib.

Avqustun 21-də həyata keçirilən genişmiqyaslı hava hücumu zamanı isə raketlərdən biri ABŞ-n elektronika istehsalı zavoduna düşüb. Bu barədə Ukrayna XİN başçısı Andrey Sibiqa “X” hesabında yazıb. “Raketlərdən biri ABŞ- məxsus böyük elektronika istehsalı zavoduna düşüb, bu da ciddi zərər və insan tələfatına səbəb olub. Bu, müdafiə və ya ordu ilə heç bir əlaqəsi olmayan tamamilə mülki obyektdir. Bu, Rusiyanın ilin əvvəlində Kiyevdəki “Boeing” ofislərinə zərbələrindən və digər hücumlarından sonra Ukraynadakı ABŞ müəssisələrinə qarşı daha bir hücumudur”, - o yazıb.

Nazirin, ondan əvvəl isə Zakarpatye vilayəti dövlət və hərbi administrasiyasının rəhbəri Miroslav Biletskinin paylaşdığı foto və videolardan göründüyü kimi, söhbət “Fleks Ukrayna” (Mukaçevo) şirkətindən gedir. Bu şirkət elektronika istehsalı və dizayn sahəsində dünya liderlərindən biri olan “Flextronics”ə məxsusdur.

Göründüyü kimi, hücumların həm miqyası, həm də sayı sülh danışıqlarından əvvəlki dövrə nisbətən daha da artıb. Bu isə prosesin müsbət notlarda bitəcəyinə şübhə yaradır.

Görüş baş tutmaya bilər?

O ki qaldı, ikitərəfli və ya üçtərəfli formatda görüşlə bağlı planlara, bununla bağlı artıq bir neçə gündür ki, dünya KİV-ləri müəyyən iddialar irəli sürürlər. Əvvəlcə avqustun 22-də keçirilməsinin nəzərdə tutulduğu bildirilsə də, sonradan tarix avqust ayının axırına kimi “təxirə salındı”. Hətta Budapeşt, Cenevrə, Roma, İstanbul kimi şəhərlər görüş ünvanı kimi açıqlanmışdı. Amma proseslərin inkişafı göstərir ki, Rusiya tərəfi görüşün baş tutmasına can atmır - bunu təsdiqləyən faktlar var. Belə ki, avqustun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putin-Zelenski görüşünü mümkünsüz adlandırmışdı. Lavrov bildirmişdi ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Rusiya XİN rəhbəri bildirmişdi ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.

Dünən isə Sergey Lavrov Hindistanın XİN rəhbəri ilə birgə mətbuat konfransında görüşlə bağlı fikirlərini yenidən bölüşüb. O, Vladimir Putinin Volodimir Zelenski ilə yalnız ali səviyyədə müzakirə olunacaq məsələlərin tam hazırlandığı halda görüşə razılıq verəcəyini bildirib. Nazirin sözlərinə görə, hazırda ekspertlər və nazirlər mümkün görüş üçün müvafiq tövsiyələr hazırlayır. O əlavə edib ki, əgər Ukrayna ilə saziş imzalamaq gündəmə gələrsə, Kiyev tərəfdən imza atanların legitimliyi ciddi sual altında olacaq.

Lavrov həmçinin Ukraynanın mövqeyinin Donald Trampın sülh təşəbbüslərini pozmağa yönəldiyini iddia edib. O, Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin münaqişənin həllində ciddi irəliləyişlərə yol açdığını, lakin “istəkli koalisiyası”nın fəaliyyətinin bu prosesə əngəl törətdiyini vurğulayıb.

Kremlin əsl rəhbəri kimdir?

Lavrovun bu açıqlamasına Avropanın cavabı daha sərt olub. Belə ki,  Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus açıqlama verib.

O, “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp ilə görüşdən sonra Rusiya arici şlər naziri Sergey Lavrov Putinin dediklərini açıq şəkildə təkzib edirsə, o halda Putinin Kremlin əsl rəhbəri olub-olmaması sual altına düşür:

“Kremlə kim rəhbərlik edir: Putin, yoxsa Lavrov? Putinin Trampa ikitərəfli görüşdə verdiyi vədləri Lavrov ictimai şəkildə inkar edirsə, necə onunla danışıqlar aparmaq olar? Bəlkə də Kremlə əslində Putin deyil, başqası rəhbərlik edir?”.

Kubilyusun bu açıqlaması Qərbdə Rusiya hakimiyyəti daxilindəki ziddiyyətlər mövzusunu gündəmə gətirib. Analitiklər hesab edirlər ki, Putinin Tramp ilə görüşündə səsləndirilən bəyanatların Lavrov tərəfindən inkarı Kremlin daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see303

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see291

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see274

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see261

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see229

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see224

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see204

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see192

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see175

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see174

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see173

Xalqın rahatlığı naminə, yoxsa xalqın cibinin hesabına?

15 Avqust 2026 19:22see173

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see169

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see169

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see169

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see162

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see162

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see161

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see156

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri