Rusiya Ukrayna danışıqlarında nələr müzakirə olunacaq? Türkiyə XİN dən AÇIQLAMA
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbulda Rusiya-Ukrayna danışıqlarında mülki və hərbi əsirlərin mübadiləsi müzakirə olunacaq.
Sfera.az İnterfaks-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə nümayəndə heyətlərinin görüşünün açılışında bildirib.
"Bugünkü görüşümüzdə atəşkəs şərtlərini və qlobal addımları müzakirə etməyi planlaşdırırıq. Eyni zamanda, humanitar nöqteyi-nəzərdən mülki şəxslərin və hərbi əsirlərin mübadiləsini də müzakirə etməyi planlaşdırırıq",- Hakan Fidan bildirib.
Nazir xatırladıb ki, İstanbulda keçirilən əvvəlki görüşdə tərəflər “1000-ə 1000” formatında məhbus mübadiləsi barədə razılığa gəliblər . “Tərəflərin vəd etdiyi kimi, hər iki tərəf atəşkəs və ondan sonrakı addımlarla bağlı öz mövqelərini müəyyənləşdirib. Biz həmçinin (Rusiya və Ukrayna) liderlərinin görüşü üçün lazımi hazırlıq işlərini nəzərdən keçirəcəyik”, - deyə Fidan əlavə edib.
Fidan qeyd edib ki, “tərəflər arasında müntəzəm təmaslar qarşılıqlı etimada gətirib çıxarır”. "Hər iki tərəf ölkəmizə güvənir və bu, bizim üçün çox vacibdir", - o əlavə edib.
Fidan Hacızadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















