Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi yeni mərhələyə keçib

Rusiya Ukrayna müharibəsi yeni mərhələyə keçib

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Rusiya-Ukrayna böhranının ilkin səbəbləri aradan qaldırılmadan Moskva müharibənin dondurulmasına razı olmayacaq. Göründüyü kimi, Rusiya müharibəni davam etdirməkdə maraqlıdır. Sentyabrdan etibarən səfərbərlik istiqamətində müəyyən addımların atılması, həmçinin Şimali Koreyadan 35-40 minə yaxın hərbçinin Rusiyaya və ya Ukrayna cəbhəsinə gətirilməsi ilə bağlı məlumatlar da Moskvanın hərbi potensialını artırmağa çalışdığını göstərir.
Yəni, Rusiya aktiv şəkildə Ukrayna müharibəsinin davam etdirilməsində maraqlı görünür. Bununla belə, Moskva bir tərəfdən ABŞ-ın vasitəçiliyini önə çəkir, digər tərəfdən isə əvvəlki razılaşmalara qayıdış məsələsini gündəmə gətirir. Görünür, Rusiya bununla ABŞ-a müəyyən mesajlar verməyə, Vaşinqtonun münaqişədə tərəf olmadığını vurğulamaqla Amerikanı xüsusilə hərbi müstəvidə Ukrayna böhranından kənarda saxlamağa çalışır.
Lakin ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından görünür ki, Vaşinqton artıq Vladimir Putinin danışıqlarda real maraqlı olmadığı və danışıqları uzatmağa çalışdığı qənaətinə gəlir. Bunun fonunda Ukraynaya hərbi yardımların artırılması həyata keçirilir. Eyni zamanda, Konqresdə Rusiyaya qarşı yeni sanksiya qəbulu Moskvanın iqtisadiyyatına ciddi təzyiq göstərəcək. Bu da ABŞ-ın Ukraynanı dəstəkləyən mövqeyinin getdikcə daha aydın xarakter aldığını göstərir.
Bundan əlavə, Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı Ukraynaya müəyyən texnoloji və lisenziya verilməsi yaxın perspektivdə mümkündür. Təbii ki, Patriot kimi mürəkkəb sistemlərin istehsalı çoxsaylı texniki və hüquqi razılaşmalar tələb edir və bu prosesin qısa müddətdə reallaşması asan deyil. Burada həm ABŞ dövlət strukturları, həm də silah istehsalçıları arasında ciddi koordinasiya zəruridir.
Ümumilikdə, Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki mövqeyindən müəyyən mənada geri çəkildiyini və Ukraynaya daha açıq dəstək verir. Bununla yanaşı, Türkiyənin də Ukraynaya hərbi dəstəyini genişləndirmək, o cümlədən ATACMS raketlərinin tədarükü məsələsini nəzərdən keçirmək niyyəti Qərbin Rusiyaya qarşı mövqeyinin sərtləşdiyini göstərən amillərdəndir.
Rusiya qarşısında NATO və ümumilikdə Qərb koalisiyasının daha ciddi şəkildə formalaşdığını görürük. Moskvanın müharibənin ilkin səbəblərini yenidən gündəmə gətirməsi, Ukraynanın faktiki olaraq silahsızlaşdırılması kimi tələbləri Qərb tərəfindən qəbul edilə biləcək yanaşma deyil. Çünki bu siyasət Ukraynanın suverenliyinə və təhlükəsizlik sisteminə birbaşa təsir göstərir.
Rusiyanın hazırkı siyasəti beynəlxalq nizamı ciddi şəkildə sarsıdır, Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir və ABŞ-ın beynəlxalq mövqeyinə meydan oxuyur. Bu səbəbdən Vaşinqtonun Moskvanın bu siyasətinə uzun müddət dözümlü yanaşması real görünmür.
Hesab edirəm ki, qarşıdakı mərhələdə Rusiyaya qarşı daha ciddi iqtisadi və siyasi təzyiqlər tətbiq oluna, eyni zamanda Ukraynaya hərbi yardımlar artırıla bilər. Məqsəd Rusiyanı hərbi yolla məğlub etməkdən daha çox, Moskvanın danışıqlar masasına daha real və güzəştə hazır mövqedə oturmasını təmin etmək ola bilər.
Digər tərəfdən, Rusiyanın iqtisadi vəziyyətinə müharibənin yaratdığı yük getdikcə artır. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi artıq yalnız regional qarşıdurma deyil, Qərblə Rusiya arasında daha geniş geosiyasi rəqabətin yeni mərhələsinə çevrilib. Bu qarşıdurmada Çinin və Şimali Koreyanın da Rusiyaya müxtəlif formalarda dəstək verməsi vəziyyəti daha da mürəkkəbləşdirir.
Dünya faktiki olaraq yeni bir geosiyasi qarşıdurma mərhələsinə daxil olur. Rusiya ilə Qərb arasındakı hərbi-siyasi rəqabətin dərinləşməsi Avropada təhlükəsizlik balansını daha da dəyişdirə və Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatmasını çətinləşdirə bilər.
Məhəmməd Əsədullazadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Avqust 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri