Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsinin ən qızğın fazası 2027 ci ildə olacaq: Avropanın sanksiyaları niyə yarımçıq qalır?

Rusiya Ukrayna müharibəsinin ən qızğın fazası 2027 ci ildə olacaq: Avropanın sanksiyaları niyə yarımçıq qalır?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Sanksiya paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalına qısamüddətli müqavilələr üçün 6 ay ərzində və uzunmüddətli müqavilələr üçün 1 yanvar 2027-ci ildən etibarən qadağa qoyulması nəzərdə tutulur.

"Maliyyə" blokuna qarşı məhdudlaşdırıcı tədbirlərə Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi, beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə "Mir" sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi daxildir.

Məlumdur ki, Rusiyaya qarşı əvvəlki sanksiyalar Moskvanı zəiflətməkdənsə, daha da gücləndirir. Belə ki, əvvəllər inkişaf etməmiş sahələri sanksiyalardan sonra inkişaf etməyə başladı. 19-cu sanksiya paket Rusiya iqtisadiyyatini zəiflədə biləcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sabiq maliyyə naziri, iqtisadçı Fikrət Yusifov bildirib ki, 19-cu sanksiya zərfinin tətbiq ediləcəyi gözlənilirdi. Lakin Rusiyaya qarşı tətbiq edilən bu sanksiyaların sayının çoxluğu heç nəyi həll etmir.

Onun sözlərinə görə, Qərb nədənsə Rusiyaya qarşı sərt davrana bilmir. Müsahibimiz hesab edir ki, bunun mümkün iki səbəbi ola bilər:

“Birincisi, Qərb Rusiyanın son həddə çatdıqda nüvə silahından istifadə edə biləcəyindən ehtiyatlanır, ikincisi isə Qərb sadəcə olaraq Rusiyanın təbii və digər resurslarına alternativ variantları hələ ki, tapa bilmir”.

F.Yusifov qeyd edib ki, bu iki səbəbin birgə mövcudluğu da mümkündür:

"Yəni, Qərb Rusiyanı aqressivləşdirərək onu nüvə silahına əl atmaq səviyyəsinə qədər hiddətləndirmək istəmir. Eyni zamanda Qərb Rusiyanın neftinə və qazına alternativ həcmlərdə neft və qazın haradan əldə edilə biləcəyini bilmir. Bütün hallarda müharibə başlayandan Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanı ən azından İranın sanksiyalar nəticəsində düşdüyü duruma gətirə bilmir. Çünki bu sanksiyaların hamısı yarımçıqdır, yarımçıq olan hər bir sanksiyanın effekti də elə yarımçıq olmalıdır”.

Fikrət Yusifov: Qərb artıq Ukrayna ilə öz hədəfinə çatıb

Ekspert bildirib ki, nədənsə,  Qərb Rusiyanı məğlub etmək üçün qətiyyətlə onun neft və qazının satışını tam dayandırmır:

“Rusiya bank sistemi SWIFT-dən çıxarılmır, Rusiyanın digər məhsullarının ticarətinə qadağalar tətbiq edilmir. Axı Rusiya müharibəni maliyyələşdirmək üçün tək neft və qazın satışından valyuta əldə etmir, onun digər böyük təbii resursları mövcuddur. Rusiya bu gün həmin resursları açıq və ya bəzən də gizli yollarla dünya bazarlarında sata bilir".

Yusifov hesab edir ki, Qərbin ali hədəfi bu müharibədə həm Rusiyanı, həm də Ukraynanı tam zəifləmək və nəticə etibarilə sonda hər iki ölkəni özündən tam asılı vəziyyətə salmaqdır. Qərb artıq Ukrayna ilə öz hədəfinə çatıb. Bu gün və sabah Ukrayna Qərbin dəstəyi olmadan bir dövlət kimi məhv ola bilər. Rusiya ilə isə hələ bir qədər də uğraşmaq lazımdır ki, onu da Ukrayna kimi tam asılı vəziyyətə gətirmək mümkün olsun.

"O səbəbdən bu müharibənin ən qızğın fazası 2027-ci ildə olacaq. Bundan sonra müharibə bitəcək və güclü canavarlar bu müharibəyə xərclədikləri yüz milyardlarla dollar hesabına ovladıqları şikarlarını bölüşdürüb hərəsi öz payını alacaq. Rusiya-Ukrayna müharibəsinin köklərində dayanan budur və bundan dolayı nə varsa, hammısı illuziyadır", - deyə Fikrət Yusifov əlavə edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri