Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Rusiya Ukrayna münaqişəsində Koreya modeli Müharibə bitir, ya dondurulur?

Rusiya Ukrayna münaqişəsində Koreya modeli Müharibə bitir, ya dondurulur?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsinin həllində "Koreya ssenarisi" də daxil olmaqla müxtəlif ehtimalların nəzərdən keçirilməsinin vacibliyini bildirib. Ukrayna lideri Fransanın "Le Point" jurnalına verdiyi müsahibədə Cənubi Koreya modelinin Ukrayna üçün tam uyğun olmayacağını, lakin belə bir inkişafın tamamilə istisna edilməməli olduğunu vurğulayıb. Zelenski bildirib ki, Cənubi Koreyanın ABŞ kimi güclü bir müttəfiqi var və Şimali Koreyanın Cənubi Koreyanı nəzarətə almasına imkan verilməyib. Lakin Ukraynanın mövcud vəziyyəti Cənubi Koreyadan fərqlidir:

"Cənubi Koreya modelinin Ukrayna üçün nə dərəcədə uyğun olacağına dair şübhələrim var. Şimali Koreyanın əhalisi, təxminən, 20 milyon nəfərdir, Rusiyanın isə 140 milyon. Bu təhdidlərin miqyası müqayisəedilməzdir. Rusiyadan gələn təhdidlər beş, altı, hətta onqat daha böyükdür".

Bəs Koreya modeli nədir?

Koreya müharibəsi Şimali və Cənubi Koreya dövlətləri arasında 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-nə qədər davam etmiş hərbi münaqişədir. Əslində, müharibənin bitməsi hələ də rəsmən elan olunmayıb. Atəşkəs sazişi imzalansa da, rəsmi sülh müqaviləsi imzalanmadığı üçün texniki baxımdan müharibə bu günə qədər davam edir. İki ölkə arasında neytral zona mövcuddur və tərəflər bir-birinin varlığını rəsmi olaraq tanımırlar. Koreya ssenarisi bir növ "dondurulmuş münaqişə" modelidir. Yəni müharibə davam edir, amma döyüşlər konkret olaraq dayandırılır və tərəflər arasında heç bir sülh müqaviləsi imzalanmır. Sadəcə olaraq, atəşkəs elan edilir və hərbi əməliyyatlar dayandırılır. Bu halda sərhədlər müəyyən edilir, amma münaqişənin siyasi həlli gələcəkdəki danışıqlara saxlanılır. Bu model uzun illər ərzində Koreya yarımadasında tətbiq olunub və burada münaqişə faktiki olaraq "dondurulub".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksey Danilov təxminən iki il əvvəl də "Koreya ssenarisi"nin mümkün həll yolu kimi gündəmə gələ biləcəyini demişdi. Lakin Danilov bu ssenarinin Rusiyanın maraqları ilə üst-üstə düşdüyünü və Ukrayna üçün mənfi nəticələr doğura biləcəyini də qeyd etmişdi.

Kreml mövzuya necə yanaşır?

Kreml Koreya ssenarisinin təkrar olunması ehtimalı ilə bağlı açıqlamalar verərək bildirib ki, Ukraynada baş verən qarşıdurma ilə bağlı siyasətçilərin öz fikirləri ola bilər. Lakin "xüsusi hərbi əməliyyat" qarşıya qoyulmuş bütün məqsədlərə çatmalıdır.

Zelenskinin açıqlamaları nəyi göstərir?

Zelenskinin "Koreya ssenarisi" ilə bağlı açıqlamaları Ukraynanın münaqişənin həlli ilə bağlı müxtəlif variantları araşdırdığını ortaya qoyur. Cənubi Koreya modelinin Ukrayna üçün tam uyğun olmaya biləcəyi qeyd edilir, lakin Ukraynanın təhlükəsizliyi və suverenliyi üçün alternativ yolların axtarıldığı da aydın görünür. Zelenski Rusiyadan gələn təhdidlərin miqyasının Koreya yarımadasındakı vəziyyətdən qat-qat böyük olduğunu vurğulayaraq, münaqişənin həllində çevik, lakin strateji yanaşmanı üstün tutduğunu nümayiş etdirir.

Mümkün ssenarilər

Ən başlıca fikir atəşkəs sazişi ilə münaqişənin dayandırılmasıdır. Bu zaman hərbi əməliyyatlar dayandırılır, lakin ərazilər üzərində mübahisə davam edir. Rusiya və Ukrayna arasında sərhəd boyunca təhlükəsizlik zonası yaradılacaq, amma bu razılaşmanın ərazinin tam bərpasına zəmanət verəcəyi məlum deyil. Bu, qısamüddətli sabitlik gətirə bilər, amma uzunmüddətli təhlükəsizliyi təmin etmək çətin olacaq.

Bu modeldə Ukrayna və Rusiya mərhələli sülh planı üzərində razılaşırlar. İlk addımda humanitar yardımlar, sonra isə lokal atəşkəs razılaşmaları həyata keçiriləcək. Bu mərhələli yanaşma tərəflər arasında gərginliyi azaldaraq daha uzunmüddətli siyasi müzakirələrə keçməyə şərait yarada bilər. Əgər Ukrayna daha böyük hərbi gücə sahib olarsa, o zaman ərazilərini bərpa etməyə çalışacaq. Bu ssenari daha çox müharibənin uzanmasına və mülki itkilərin artmasına səbəb olacaq. Lakin Ukraynanın beynəlxalq dəstəyi və Qərbin texnoloji köməyi ilə bu mümkün ola bilər. Bu halda Rusiya Ukraynanın bəzi ərazilərini tamamilə öz nəzarətinə alır. Bu isə Ukraynanın suverenliyinə böyük bir zərbə vura bilər.

O baxımdan, Ukrayna üçün ən böyük risklərdən biri münaqişənin dondurulması nəticəsində ərazi itkilərinin rəsmiləşməsidir. Bu halda Krımla yanaşı, Donbas kimi ərazilər də Ukraynanın nəzarətindən çıxa bilər. Lakin belə bir sülh razılaşması müharibənin bitməsinə və insanların həyatlarının xilas olunmasına kömək edər. Eyni zamanda, Ukraynanın gələcəkdə Qərb ilə daha yaxın əməkdaşlıq etməsi üçün mühit yarana bilər. Rusiya isə hərbi üstünlüyünü müəyyən qədər qoruyub-saxlasa da, dondurulmuş münaqişəyə razı olmaqla beynəlxalq izolyasiya altında qalacaq. Bu model Rusiyanın beynəlxalq təzyiqlərdən azad olmasına imkan yaratsa da, daxili iqtisadi problemlərin artmasına və xarici sanksiyaların davam etməsinə səbəb olacaq. Çünki münaqişə passiv də olsa, aktual olaraq qalacaq. Qərb və NATO "Koreya modeli"ni Ukraynadakı gərginliyin idarə edilməsi üçün bir vasitə olaraq görür. Lakin bu modelin uzunmüddətli nəticələri onların təhlükəsizlik təminatlarını çətinləşdirə bilər. Ukraynanın müdafiə potensialını artırmaq üçün verdikləri dəstək bu prosesin necə inkişaf edəcəyini müəyyən edəcək.

Geosiyasi təsirlər

"Koreya ssenarisi" Ukrayna üçün ən yaxşı həll yolu olmasa da, mövcud vəziyyətdə münaqişəni dayandırmaq üçün daha çox qəbul edilən alternativ ola bilər. Lakin bu modelin Ukraynanın ərazi bütövlüyünü təmin etməsi, Rusiyanın təcavüzkar davranışını sona çatdırması və Qərbin güvənini artırması çox çətindir. Bu, modeli qəbul edəcək olan tərəflərin siyasi iradəsinə və beynəlxalq cəmiyyətin qətiyyətinə bağlıdır.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri