Icma.az
close
up
RU
Müharibə bitir Rusiya yoxsa Ukrayna qazanclı çıxır?

Müharibə bitir Rusiya yoxsa Ukrayna qazanclı çıxır?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Ukrayna müharibəsində atəşkəs əldə edilməsi üçün tərəflərin ABŞ-yə təzyiqi artıb. Atəşkəs elan edilərsə, hansı tərəfin xeyirinə olacağı sual altındadır.

Ukrayna tərəfi iddia edir ki, bundan daha çox Rusiya faydalanacaq, Rusiya isə Ukraynanın atəşkəsdən daha çox bəhrələnəcəyini bildirir.

İndiki məqamda atəşkəs elan edilərsə, bu hansı tərəfin maraqlarını təmin edər? 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə bir neçə gün bundan öncə Ağ evdə Trampla Zelenski arasında gərgin keçən görüşdən sonra ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyinin konkret bəlli olduğunu bildirib:

“Elə həmin görüşdən dərhal sonra da Amerika Dövlət Departamenti Ukraynaya müharibə ilə bağlı bütün yardımları dayandırdıqlarını bəyan etdi. Yardımların davamı üçün də Ukraynanın təbii sərvətlərinin Amerika ilə birgə işlənməsi haqqında razılaşmanı imzalamasını şərt göstərdi. Hələlik, Rusiya- Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün şərtlər bilinmir. Amerikanın dəstəkdən imtinasından sonra Londonda Ukraynaya kömək üçün “Avropa sammiti” keçirildi. Müzakirələrdən görünür kü, Avropanın Ukraynaya müharibə aparmaq üçün dəstək vermək imkanları yoxdur. Məsələ ancaq atəşkəs razılaşması əldə edildikdən sonra atılacaq addımları özündə əks etdirir. Avropa ölkələrinin əsas narahatlığı atəşkəsdən sonra Rusiyanın hərəkətləri və ona Tramp hakimiyyətinin reaksiyasının necə olacağıdır. Yəni Avropa ölkələri Ukraynadan çox özlərinin gələcək taley ilə bağlı qorxu içindədirlər. Ona görə ki, bu zamana kimi Amerika onların təhlükəsizlik qarantı olub. Lakin Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin İkinci Dünya müharibəsindən sonra formalaşan xarici və daxili siyasətini dəyişməyə çalışır. Tramp həm daxili siyasətə həm də beynəlxalq münasibətlərə biznes prinsipi ilə yanaşır. Çox gözəl bilir ki, indiki məqamda Avropa ölkələrinin Amerika ilə əməkdaşlıq etməkdən başqa çıxış yolları yoxdur. Ona görə məcbur şəkildə onun tələbləri ilə razılaşaraq NATO-nun büdcəsinin formalaşmasında əlavə ödənişləri edəcəklər”.

Politoloq, Zelenskinin əlində siyasi və hərbi baxımdan artıq ciddi təsir gücü qalmadığını və Avropa İttifaqının onun təhlükəsizliyini uzunmüddətli təmin edə biləcək imkanlara sahib olmadığını bildirdi.

Y.Hacızadə qeyd edib ki, atəşkəsdən sonra Avropa silahlı qüvvələrinin Ukraynada yerləşdiriləcəyi məsələsində də hələ ki qaranlıq məqamlar çoxdur:

“Çünki Rusiya-Ukrayna müharibəsi zonası min kilometrə yaxındır. Eyni zamanda, Ukrayna -Belarus sərhəddini də əlavə etdikdə ümumi uzunluq  üç min kilometrdən çox olur. Bu qədər əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün iki yüz minə qədər hərbiçi lazımdır. İndiki məqamda Avropa İttifaqına daxil olan ölkələrin özündə hərbiçi qıtlığı var. Böyük Britaniyanın hərbiçi sayı 100 min çivarındadır. Əlbəttə ki, həmin ölkələr bütün silahlı qüvvələrini Ukrayanaya yerləşdirməyi düşünmürlər. Həmçinin, həmin hərbi qüvvələri silah və digər təzhizatla da təmin etmək gərəkəcək. Yəni bütün bunlar Amerikasız mümkün görünmür. Tramp demiş Zelenskinin əlində kart yoxdur. Avropa İttifaqının da onu təhlükəsizliyinə uzunmüddətli təminat verəcəyi imkanları mövcud deyil. Müharibənin əsas təchizatçısı olan Amerika da müharibənin dayanmasını istəyir və daha çox Putinin mövqeyindən çıxış edir. Putin də müharibə ilə bağlı danışıqlarda Amerikanı tərəf kimi görür. Çünki atəşkəs razılaşmasından sonra Rusiyaya qarşı tədbiq edilən sanksiyaların götürülməsini istəyir. Bu da Amerikasız mümkün deyil. Ukrayna müharibənin davam etməsini və ya özünün təhlükəsizliyinə təminat istəyirsə, ABŞ ilə münasibətlərini yenidən bərpa etməlidir. Ukraynanın tələblərinin heç bir perspektivi yoxdur. Bu tələblərin də reallaşmasında Avropa İttifaqının mühüm rolu görünmür. Mövcud məlumatlardan çıxış edərək demək olar ki, müharibə Ukraynanın məğlubiyyəti ilə dayandırılmağa çalışılır və görünən odur ki, Rusiya bu prosesdən məmnundur”.

Fidan Hacızadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Mart 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri