Rusiya Ukraynada artilleriya üstünlüyünü itirir “Nisbət birin bir yarımadır” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Rus qoşunları son vaxtlar Ukraynada istifadə edilən artilleriya mərmiləri sarıdan üstünlüyünü itirir. Lakin bunu hava hücumları və aviabombalar hesabına kompensasiya edir.
“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu Ukraynanın “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun sözçüsü Nazar Voloşin deyib: “Müxtəlif istiqamətlərdə mərmi nisbəti fərqlidir. Bu, aktiv döyüşlərin harada olmasından asılıdır. İndi müxtəlif istiqamətlərdə artilleriya mərmilərindən istifadədə düşmənin üstünlüyü təxminən birin bir yarıma, bəzi ərazilərdə isə birin üçədir".
Voloşin əlavə edib ki, buna görə ukraynalı topçular hər bir artilleriya mərmisini dəqiq hədəfə vurmağa çalışırlar, Rusiya tərəfi isə əraziləri kvadratlar üzrə bombalayır.
Qeyd edək ki, müharibənin gedişində müəyyən dövrlərdə Rusiyanın mərmi üstünlüyü birin yeddiyə, bəzi hallarda isə birin ona olub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















