Icma.az
close
up
RU
Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmağa yaxındır Sergey Narışkin

Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmağa yaxındır Sergey Narışkin

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Eskalasiyanın bundan sonra da davam etdirilməsi Qərbin özünün strateji məğlubiyyətini yaxınlaşdıracaq..."

Rusiya Ukraynada müharibənin bütün vəzifələrinin icrasına yaxınlaşır.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin "Razvedçik" ("Kəşfiyyatçı") jurnalına verdiyi müsahibəsində bəyan edib. Məlumatı "rbc.ru" nəşri yayıb.

Onun sözlərinə görə, Rusiya ordusu bütün cəbhə boyu strateji təşəbbüsə malikdir.

"Cəbhədəki vəziyyət Ukraynanın xeyrinə deyil, - Narışkin idda edir. - Bütün sahələrdə strateji təşəbbüs bizdədir, biz qarşıya qoyulan vəzifələrə nail olmağa yaxınıq, bu zaman Ukrayna Silahlı Qüvvələri dağılma həddindədir, Zelenski rejimi isə legitimliyini, bunun nəticəsi olaraq danışıqlar aparmaq qabiliyyətini tamamilə itirib".

Rusiyanın Ukraynaya hücum etməsində Rusiya kəşfiyyatının rəhbəri ABŞ və kollektiv Qərbi ittiham edib və onun strateji məğlubiyyətini proqnozlaşdırıb.

"Qərb qarşısına bizim ölkələrimiz arasında təkcə iqtisadi və siyasi deyil, həm də dərin tarixi və humanitar əlaqələri pozmaq kimi iddialı məqsəd qoyub", - o, deyib.

Narışkinin sözlərinə görə, xüsusi xidmət orqanında olan məlumatların təhlili göstərib ki, postsovet məkanı Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanları tərəfindən hücumların prioritet istiqaməti olaraq qalır.

Onun fikrincə, Qərb Rusiya ilə son ukraynalıyadək döyüşməyə, onlar olmayanda isə Baltikyanı və Şərqi Avropa ölkələri sakinləri, perspektivdə isə almanları döyüşməyə məcbur etməyə bel bağlayır.

"Lakin mən əminliklə bəyan edirəm: eskalasiyanın bundan sonra da davam etdirilməsi Vaşinqton və Londonun hesab etdiyi kimi Rusiyanın tükəndirilməsinə gətirib çıxarmayacaq, yalnız Qərbin özünün strateji məğlubiyyətini yaxınlaşdıracaq", - Narışkin vurğulayıb.

"Sanksiyalar və bizim suveren aktivlərimizin oğurlanmasına rəğmən, Rusiya iqtisadiyyatı artır, o cümlədən yüksək texnologiyalar sahələrində idxal əvəzlənməsi sürətlə inkişaf edir. Yeni logistik zəncirlər meydana çıxır, ilk növbədə Böyük Avrasiya məkanında qeyri-qərb ölkələri ilə təsərrüfat əlaqələri möhkəmlənir", - o, deyib.

Narışkinin dəyərləndirməsinə görə, ABŞ, guya, bütün cəbhələrdə, o cümlədən postsovet məkanında uduzmaqdadır.

"Amerikanın Ukraynaya "mübtəla olması" Vaşinqtonun qurduğu bütün qlobal maliyyə və hərbi-siyasi sisteminə dağıdıcı təsir göstərir, - o, hesab edir. - ABŞ Yaxın Şərqdən Asiya və Afrikayadək bütün cəbhələrdə təşəbbüsü əldən verir. Postsovet məkanında isə onlar ümumiyyətlə iflasa uğramaqdadır".

"Baxın, hələ bu yaxınlaradək oyuncaq Saakaşvilinin qalstukunu dişləyən Gürcüstanda Qərb hakim "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsinə mane ola bilmədi", - Narışkin əlavə edib.

"Qərbə kor-koranə nəzər yetirməyin ziyanlı olduğunu anlayan Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib, indi şüurlu şəkildə xaricdən zorla yeridilən, ənənəvi gürcü dəyərlərinə tamamilə zidd olan ultrasağçı transhumanist gündəlikdən uzaqlaşır", - Narışkin iddia edib.

"Moldovada Sandu rejimi seçkilərdə lazımi nəticəni zorla əldə edə bilib və de-fakto Moldova cəmiyyətinin dərin parçalandığını nümayiş etdirib", - o, qeyd edib.

Narışkinin sözlərinə görə, Azərbaycan və Ermənistan da sülh nizamlanması üzrə ABŞ və Avropa İttifaqının tövsiyələrini qulaqardına vuraraq bütün məsələləri müstəqil şəkildə həll etməyə üstünlük verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri