Rusiya Ukraynaya 11 saat davam edən ən miqyaslı hava hücumu həyata keçirdi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ordusu sentyabrın 7-nə keçən gecə Ukraynaya kombinə edilmiş zərbə endirib və bu, tammiqyaslı müharibənin başlanğıcından bəri ən kütləvi hücum olub. Hücum nəticəsində Kiyevdə Nazirlər Kabinetinin binasına ilk dəfə ziyan dəyib.
Oxu.Az bu barədə dialog.ua-ya istinadla xəbər verir.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 6-sı axşamdan sentyabrın 7-si səhərədək Rusiya ordusu 818 hava hücumu vasitəsindən istifadə edib:
"Bura 805 ədəd "Shahed" zərbə dronları və müxtəlif tipli imitatorlar, doqquz "İsgəndər-K" qanadlı raketi və dörd "İskəndər-M/KN-23" ballistik raketi daxildir.
Ukraynanın hava hücumundan müdafiə sistemləri 751 hədəfi, o cümlədən 747 dronu və dörd qanadlı raketi zərərsizləşdirə bilib. Bununla belə, 9 raket və 56 dron hədəflərinə çataraq 37 obyektin məhvinə səbəb olub. Hücum 11 saatdan çox davam edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 07 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















