Rusiya Ukraynaya iyunun 2 də görüş təklif edib
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Rusiya Ukraynaya iyunun 2-də İstanbulda görüş təklif edib.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda Ukrayna böhranının aradan qaldırılmasına dair memorandumu Kiyevə təqdim etməyə hazırdır: "Rusiya hər kəsin iyunun 2-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun keçirilməsini dəstəkləyəcəyinə ümid edir."
Sergey Lavrov bildirib ki, Rusiya Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyini əks etdirən bir memorandum hazırlayıb./APA

Rusiyadan Ukraynaya təklif İyunun 2 də...
28 May 2025 22:14
Rusiya Ukraynaya əsirlərin dəyişdirilməsini təklif edib
28 Noyabr 2024 11:01
Rusiya Ukraynaya PUA larla hücum edib 2 ölü, 6 yaralı
25 Aprel 2025 10:24
Rusiya İrəvandan Ukraynaya qarşı döyüşməyi təklif edib? Mirzoyan açıqladı
09 Dekabr 2024 22:13
Rusiya Ukraynaya raket hücumu edib
17 Noyabr 2024 11:36

