Icma.az
close
up
RU
SPF kremləri hansı hallarda zərərli olur?

SPF kremləri hansı hallarda zərərli olur?

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Yay mövsümünə doğru gedirik. Bu fəsildə günəşin zərərli şüalarından qorunmaq üçün SPF kremlərindən istifadə edirik. Əks təqdirdə dərimiz zərər görər, hətta daha ciddi xəstəliklər baş verər. Lakin sözügedə kremləri seçərkən diqqətli olmalıyıq, əks təqdirdə onun da fəsadları ilə üzləşə bilərik.
Həkim-kosmetoloq Leyla Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, SPF alarkən yaş faktoru, dəri tipi önəmlidir:
“Həmin kremlərdə SPF 20, 30, 50, 100 formasında olur. Bu rəqəmlər artdıqca bunların qoruma gücü də daha artıq olur. Gündəlik həyat tərzimizdə, işə gedərkən və s. SPF 20, ya da 30 çəkə bilərik. Ancaq yayda nəzərə almalıyıq ki, ultrabənövşəyi şüaların zərərli təsirlərindən maksimum dərəcədə özümüzü qorumalıyıq. Ona görə də mütləqdir ki, SPF 50 istifadə edək. Dəniz kənarında günəş vannası qəbul edərkən SPF 50, 100 kremlərindən istifadə vacibdir”.

Həkim-kosmetoloq SPF kreminin üz dərisinə çəkilmə qaydasında da izah edib:
“Səhər üzümüzü tam təmiz edirik, sonra SPF-i sürtürük. Sözügedən kremləri 2-3 saatdan bir yeniləmək gərəklidir ki, dərimiz qorunmuş olsun. SPF seçərkən keyfiyyətinə diqqət etmək çox önəmlidir. Bəzən tərkiblərində müəyyən tonal vasitələr olur və bütün bunlar SPF-in təsir gücünü azaldır. Yaxşı olar ki, onu günəşdən qorumaq məqsədilə alıb istifadə edək. Statistikaya görə il ərzində 1 milyona qədər insan dəri xərçənginə məruz qalır. Onun əl ölümcül növü olan melonamadan əziyyət çəkənlər də olur. Ona görə də mütləq günəş qoruyucu kremlərdən istifadə edilməlidir”.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://missiya.az
archiveBu xəbər 30 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri