Icma.az
close
up
RU
1995 2024 cü illərdə Türkiyə Azərbaycanın qeyri neft sektoruna 4,5 milyard dollar investisiya qoyub

1995 2024 cü illərdə Türkiyə Azərbaycanın qeyri neft sektoruna 4,5 milyard dollar investisiya qoyub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 may, AZƏRTAC

1995-2024-cü illərdə Türkiyə tərəfindən Azərbaycanın qeyri-neft sektoruna birbaşa yatırılan xarici investisiyanın həcmi 4,5 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin 6-cı ümumi yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, AZPROMO bir çox Türkiyə qurumları ilə TÜİB (Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi), DEİK (Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumu), TOBB (Türkiyə Odalar və Borsalar Birliyi), TİM (Türkiyə İxracatçılar Məclisi), MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi), İSİFED (İstanbul Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyası) və s. aktiv əməkdaşlıq edir.

“Sözügedən qurumlarla mütəmadi birgə tədbirlər keçirilir, davamlı olaraq B2B görüşlər təşkil edilir, biznes dialoqun inkişaf etdirilməsinə töhfə verilir. 2024-cü ilin may ayında Ankara şəhərində AZPROMO-nun dəstəyi, DEİK və TOBB-un təşkilatçılığı ilə Türkiyə-Azərbaycan biznes-forumu keçirilib. Biznes-forum çərçivəsində AZPROMO və TOBB arasında Anlaşma Memorandumu imzalanıb. Cari ilin yanvar ayında isə TOBB ilə birlikdə 200-dək sahibkarın iştirakı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumunu təşkil edilib. AZPROMO xarici investorlar üçün “vahid pəncərə” prinsipini tətbiq edir və onlara ölkə ilə ilkin tanışlıqdan başlayaraq müvafiq dövlət qurumları ilə əlaqələndirilməsi, ölkəmizdə müəssisələrin yaradılması, yerli tərəfdaşların tapılması kimi xidmətlər göstərir. Eyni zamanda, agentlik Azərbaycanın qeyri-neft ixracının stimullaşdırılması istiqamətində təşviq mexanizmləri vasitəsilə yerli şirkətlərin qlobal bazarlara çıxışını və orada dayanıqlı mövqelər qazanmasını dəstəkləyir”, - deyə Yusif Abdullayev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri