Rusiya və ABŞ nadir torpaq metalları üzrə danışıqlara başlayıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya və ABŞ nadir torpaq metalları layihələri üzrə danışıqlara başlayıb.
“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib.
“Nadir torpaq metalları əməkdaşlıq üçün mühüm sahədir və təbii ki, biz Rusiyada müxtəlif nadir torpaq metalları və layihələri haqqında müzakirələrə başlamışıq”, - o, nəşrə deyib.
Qəzetin yazdığına görə, bəzi şirkətlər artıq layihələrə maraq göstəriblər.
Daha əvvəl Kirill Dmitriyev bildirib ki, Rusiya Ukrayna ilə müqayisədə nadir torpaq metallarının bir neçə dəfə böyük ehtiyatlarına malikdir və bu sahədə dövlət həm ABŞ, həm də digər ölkələrlə əməkdaşlıq edə bilər.
Bu mövzuda digər xəbərlər:Rusiya nadir torpaq metalları üzrə ABŞ ilə əməkdaşlıq edə bilər
18 Mart 2025 20:16
Kreml: ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə birgə layihələrdə maraqlıdır
31 Mart 2025 16:01
ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA
03 Mart 2025 09:41
Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb
08 Aprel 2025 23:29
Yaponiya və ABŞ okean dibindən nadir torpaq metalları çıxaracaqlar
06 Noyabr 2025 12:41
Baxış sayı:66
Bu xəbər 31 Mart 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















