Kreml: ABŞ nadir torpaq metalları üzrə Rusiya ilə birgə layihələrdə maraqlıdır
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ şirkətləri nadir torpaq metallarının hasilatı üzrə Rusiya ilə birgə layihələrdə iştirak etməkdə maraqlıdırlar, lakin hələlik heç bir konkretlik yoxdur.
Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Onların bəziləri maraq göstərir. Hələlik burada da konkret bir şey yoxdur, lakin maraq açıq şəkildə özünü göstərir. Bu maraq qarşılıqlıdır, çünki söhbət qarşılıqlı faydalı layihələrdən gedə bilər. Bu isə xarici tərəf müqabilləri ilə münasibətlərdə axtardığımız məqamdır”, - Peskov deyib.
Kreml nümayəndəsi Moskva ilə Vaşinqton arasında birgə layihələrə dair heç bir sənədin imzalanmadığını da vurğulayıb. “Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar hələ də qüvvədədir, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir”, - Peskov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 31 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















