Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üzrə ilkin təmaslara başlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskva, 6 fevral, AZƏRTAC
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Moskva ilə Vaşinqton arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı ilkin təmaslar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Britaniyanın ITV kanalına məlumat verib.
Səfirin sözlərinə görə, bu təmaslar tərəflərin mövqelərinin qiymətləndirilməsinə yönəlib. Diplomat vurğulayıb ki, Moskva bu məsələ ilə bağlı “çox ciddi söhbətə” hazırdır, lakin əvvəlcə konkret olaraq nəyin müzakirə olunacağını başa düşmək lazımdır.
A.Kelin qeyd edib ki, Rusiya 2022-ci ildə İstanbulda müzakirə edilən sülh Sazişi layihəsi əsasında danışıqlar aparmağa hazırdır və istənilən müzakirələrdə mövcud reallıqlar nəzərə alınmalıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















