Icma.az
close
up
RU
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək Zelenski hansını seçəcək?

Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək Zelenski hansını seçəcək?

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər ABŞ-ın Ukraynanın təbii sərvətlərinə iddia etməsi ilə bağlı məlumatlar yayılır. “The Telegraph” nəşrinin verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın təbii sərvətlərlə bağlı Ukraynaya tələbi Almaniyanın Birinci Dünya müharibəsində imzaladığı Versal müqaviləsi təzminatlarından belə daha ağırdır. Tramp Ukraynadan kritik minerallara nəzarətdən əlavə, həm də limanlar, vacib infrastrukturlar, eləcə də neft və qaza qədər hər şeydə ABŞ-ın payı olmasını tələb edib.

Həqiqətən də Tramp ağır tələblər irəli sürüb? Ukrayna Trampın sözügedən tələblərini, yoxsa Rusiyanın ərazilərlə bağlı şərtlərini qəbul edəcək?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, hazırda Ukrayna ətrafında intensiv danışıqlar davam etməkdədir:

“Fevralın 18-də Səudiyyə Ərəbistanında ABŞ və Rusiya nümayəndə heyətləri arasında görüş baş tutub. Masada Ukrayna mövzusu da var. Donald Trampın Ukrayna ilə bağlı mövqeyində müəyyən elementlər var ki, onlar Avropa tərəfindən dəstəklənmir. Bu da Avro-Atlantik Alyans daxilində fraqmentasiyaya səbəb olur.

Ukraynanın mineral resurslarından əldə olunan gəlirin 50 faizinin ABŞ tərəfindən mənimsənilməsi planına da Avropa birmənalı yanaşmayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də buna rədd cavabı verdi. Zelenskinin çıxışından məlum oldu ki, burada əsas məsələ Ukraynanın təhlükəsizliyidir. ABŞ təhlükəsizliyi təmin etmədiyi təqdirdə, sözügedən plan reallaşmayacaq”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, Zelenski bu planı 2024-cü ilin sentyabrında Donald Trampa təqdim edib:

“Həmin vaxtdan ABŞ rəhbərliyi həmin plana müəyyən dəyişiklik edib. İndiki versiyada bu layihə Ukraynanın bütün infrastrukturuna, limanlarına, mineral resurslarına ABŞ-ın nəzarətini özündə ehtiva edir. Bu rəsmi Kiyev üçün çox ağır şərtlərdir. Ukraynanın bunu qəbul edəcəyi gözlənilmir.

Rusiyanın da müəyyən şərtləri var. Zelenskinin mövqeyi isə heç bir halda Ukrayna ərazilərinin güzəştə gedilməməsindən yanadır. Hazırda Kiyev üçün ən uyğun variant atəşkəsin imzalanması, döyüşlərin dayandırılmasıdır. Bu Ukraynaya resurslarını bərpa edib, iqtisadi, hərbi imkanlarını daha da artırmağa kömək edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Fevral 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri