Rusiya və İran strateji tərəfdaş olacaq Yeni sazişdə nələr olacaq? AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqayi məlumat verib.
"İran və Rusiya arasında əməkdaşlıq sazişinin müxtəlif aspektləri var. Onun mühüm hissəsi ticarət-iqtisadiyyat, enerji, eləcə də müdafiə və təhlükəsizlik məsələləridir. Bu saziş 2021-ci ildə Moskva və Tehran arasında imzalanmış sazişi münasibətlər və prinsiplər əsasında yeniləyəcək və tamamlayacaq”, - diplomat həftəlik brifinqdə bildirib.
Baqayin qeyd edib ki, son 20-30 il ərzində İran və Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndiriblər. Ona görə də sənədin yenilənməsinə ehtiyac var idi.
Bundan əvvəl İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali Rusiya-İran sazişinin 2025-ci il yanvarın 17-də Moskvada iki ölkə prezidentləri arasında danışıqlar zamanı imzalanacağını bildirmişdi.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 06 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















