İran və Avropa üçlüyünün görüşü olacaq AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İran nümayəndə heyəti ilə Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında dialoqun növbəti mərhələsi yanvarın sonucu həftəsi keçiriləcək.
“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bakai bildirib.
Onun sözlərinə görə, ötən görüşdə danışıqları davam etdirmək barədə razılıq əldə edilib. İsmayıl Bakai qeyd edib ki, bu, dialoqdur, qərar qəbul etmək üçün müzakirə deyil: “Bir sıra məsələlər, o cümlədən İranın nüvə proqramı müzakirə olunacaq”.
Qeyd edək ki, sonuncu görüş noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində keçirilib. Diplomatlar regional, qlobal problemləri, habelə Livan və Fələstinə dair məsələləri, İran nüvə proqramını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 23 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















