Rusiya və İranla münasibətlərində gərginlik artır Palitoloq açıqladı
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərində gərginlik getdikcə artır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu açıqlayıb.
“Moskva və Tehran Azərbaycan əleyhinə siyasətlərini davam etdirdikcə, rəsmi Bakı hər ikisinin cavabını verməkdən çəkinmir. Bu doğru siyasət olmaqla yanaşı, özündə müəyyən risqləri də ehtiva edir”,- politoloq qeyd edib.
Elxan Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı hər iki qonşusu ilə normal münasibətlərə çalışsa da, bəlli səbəblərdən bu alınmır:
“Moskva və Tehran ölkəmizlə sözdə tərəfdaşlıqdan danışsalar da, reallıq fərqlidir. İki qonşu ölkə ilə gərginlik hansı həddə qədər davam edəcək? Rusiya və İran Azərbaycana qarşı təsir imkanlarını artıra bilərlərmi? Rusiya və İranla münasibətlərdə qeyri-müəyyənlik dövrünə qədəm qoymuşuq. Müstəqilliyimizin ilk illərində Rusiya və İrandakı mərkəzlər ölkəmizin şimal və cənub bölgələrində təxribatçı fəallıqla yadda qalmışdılar. Mərhum dövlət başçısı Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdə həmin təxribatların qarşısını ala bildi. Üstündən 30 il keçdikdən sonra Moskva və Tehran yenidən eyni siyasətdən istifadə edə, ölkəmizdə separatçı fəaliyyətləri körükləməyə çalışa bilərlər. Soydaşlarımızın təxribata uymayacaqlarına əmin olmaqla yanaşı, düşmənlərimizin pusquda dayandıqlarını da unutmamalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 25 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















