Rusiya və KXDR arasındakı Sazişin əsas müddəaları açıqlanıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və Şimali Koreya (KXDR) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dərc olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya və KXDR tərəfindən ratifikasiya olunan sənədin əsas müddəaları açıqlanıb.
Sazişə əsasən, Moskva və Pxenyan suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı dəstəkləyir.
Tərəflər qlobal strateji sabitlik və yeni, ədalətli dünya nizamı üçün çalışırlar.
Əgər silahlı təcavüz təhlükəsi yaranarsa, dərhal ikitərəfli məsləhətləşmələr aparılır.
Tərəflərdən birinə hücum olarsa, digəri imtiyazında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək.
Rusiya və KXDR bir-birinin “əsas maraqlarına” qarşı yönəlmiş müqavilələr bağlamamağı öhdəsinə götürür və öz ərazilərindən qarşı tərəfin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaq üçün istifadə edilməsinə imkan vermir.
Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də əməkdaşlıq edirlər.
Rusiya Federasiyası və Şimali Koreya müdafiə qabiliyyətini gücləndirməkdən ötrü birgə fəaliyyət göstərmək üçün mexanizmlər yaradır.
Tərəflər ticarət-iqtisadi, investisiya və elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verirlər. Kosmik, nüvə enerjisi, biologiya, süni intellekt və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq xüsusilə təşviq edilir.
Moskva və Pxenyan birtərəfli sanksiyalara qarşı çıxır və onları bir-birinə tətbiq etməməyi və bu cür tədbirlərə qoşulmamağı öhdəsinə götürür.
Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir. Tərəflərdən biri ondan çıxmaq istəsə, yazılı bildiriş göndərir və bundan bir il sonra müqavilə qüvvəsini itirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 05 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















