Icma.az
close
up
RU
“Rusiya və NATO arasında artan gərginlik: Moskva müharibəyə hazırlaşır“ ISW

“Rusiya və NATO arasında artan gərginlik: Moskva müharibəyə hazırlaşır“ ISW

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kreml Avropada qorxu yaratmaq və ictimai dəstəyi səfərbər etməklə NATO-ya qarşı mümkün müharibəyə zəmin hazırlayır..."

Rusiya artıq NATO ilə mümkün müharibəyə yönəlmiş informasiya-psixoloji hazırlığın ilkin mərhələsinə keçib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Araşdırılması İnstitutu (ISW) xəbərdarlıq edir.

Kremlin strategiyası və "0  fazası" planı

Analitiklər qeyd edir ki, bu mərhələ "0 fazası" adlanır. Kreml həm ictimai rəyin formalaşdırılmasına, həm də hərbi əməliyyatlara legitimlik qazandıracaq zəmin yaratmağa çalışır. Hesabatda deyilir ki, oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) Böyük Britaniyanı Ukrayna Donanmasına və ya Avropa limanındakı mülki gəmiyə qarşı hücum təşkil etmək planında ittiham edib. Bu, son aylarda Polşa, Moldova və Serbiya kimi ölkələrə yönəlmiş saxta bəyanatların davamı kimi qiymətləndirilir.

Analitiklər yazır ki, belə iddialar Moskvanın "psixoloji hazırlıq" mərhələsini genişləndirdiyini göstərir: Rusiya həm cəmiyyət daxilində, həm də beynəlxalq aləmdə öz aqressiv addımlarını əsaslandırmaq üçün informasiya mühiti formalaşdırır. Xüsusilə NATO hava məkanına dronların daxil olması bu prosesin real təzahürü sayılır.

ISW bildirir ki, Kreml hələlik NATO ilə birbaşa müharibə qərarı verməyib, lakin uzunmüddətli planlarını sistemli şəkildə həyata keçirir: qərb sərhədlərində hərbi dairələrin yenidən qurulması, Finlandiya ilə sərhəddə bazaların gücləndirilməsi və Avropa ictimaiyyətində qorxu mühiti yaradılması bu strategiyanın əsas hissələridir.

Məqsəd - qorxu və parçalanma yaratmaqdır

Rusiya hazırkı davranışı ilə Avropa ölkələrində təlaş və etimadsızlıq atmosferi formalaşdırmaq, NATO-nun siyasi iradəsini sarsıtmaq istəyir. ISW-nin fikrincə, Moskva bu yolla həm Ukrayna müharibəsində güzəştlər qazanmaq, həm də gələcəkdə NATO ilə qarşıdurma zamanı Qərbin müdafiə hazırlığını zəiflətmək niyyətindədir. Analitiklər yazır: "Rusiya Avropadakı qorxunu öz xeyrinə istifadə etməyə, NATO ölkələrini müdafiə xərclərini azaltmağa və ya dayandırmağa yönəltməyə çalışır. Kreml ictimai dəstəyi səfərbər etmək və mümkün hərbi təcavüzü əsaslandırmaq üçün ideoloji zəmin yaradır".

 "Müharibə ehtimalı realdır"

Avropa Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andryus Kubilyus "Wyborcza"ya açıqlamasında bildirib ki, Qərb kəşfiyyat xidmətlərinin əldə etdiyi məlumatlara görə, Kreml NATO ölkələrinə qarşı hücum ssenarilərini müzakirə edir. "Alman kəşfiyyatı bu barədə sübutlara malikdir. Əgər Kreml belə məsələləri müzakirə edirsə, deməli, bu, ciddi siqnaldır. Biz də buna ölümcül ciddiliklə yanaşmalı və Ukraynadan, həm də ruslardan öyrənməliyik", - Kubilyus vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynada ilişib qalıb, lakin bu, Moskvanı dayandırmayıb: ölkə müasir döyüş taktikalarına uyğunlaşır, silah istehsalını kütləvi şəkildə artırır. Kubilyus hesab edir ki, Qərb Ukraynanın müharibə təcrübəsindən dərs götürməli, çeviklik və innovasiyanı müdafiə sistemlərinə tətbiq etməlidir: "Ukraynalılar bürokratiyadan azad olub, startap səviyyəsində müdafiə sənayesini inkişaf etdirir. Dron istehsal edən şirkətlərin öz dron taborları var. Biz də bu çeviklikdən öyrənməliyik", - deyə o, bildirib.

"Sülh düşüncəsindən uzaqlaşmaq vaxtıdır"

NATO-nun sabiq baş katibi Corc Robertson da oxşar xəbərdarlıq edib. O, britaniyalılara "sülh düşüncəsindən uzaqlaşıb" real təhlükəyə hazırlaşmağı tövsiyə edib. "İndi artıq təkcə ordular deyil, evlər də müharibəyə hazır olmalıdır - bəzən bu, sadəcə şam və ehtiyatla başlaya bilər", - o, bildirib.

Bu fonda Avropada bir çox ölkə müdafiə büdcələrini artırır, tank parklarını və hava hücumundan müdafiə sistemlərini yeniləyir. Lakin ekspertlərə görə, Rusiya informasiya manipulyasiyası ilə NATO-nun həm siyasi, həm də ictimai səviyyədə bölünməsini hədəfləyir, bu da müasir Avropanın qarşısındakı ən təhlükəli sınaqlardan biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri