Icma.az
close
up
RU
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsinə keçib ISW

Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsinə keçib ISW

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Rusiya mümkün gələcək NATO ilə müharibəyə hazırlıq kampaniyasının "Faza 0" adlanan informasiya-psixoloji mərhələsini sürətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin bildirdiyinə görə, oktyabrın 6-da Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniyanın Avropa limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi və ya xarici mülki gəmi üzərinə pro-ukraynalı rusiyalılar tərəfindən hücum təşkil etməyi planlaşdırdığı barədə bəyanat yayıb.

"SVR-in 6 oktyabr bəyanatı Polşa, Moldova və Serbiya kimi Avropa dövlətlərinə qarşı səsləndirdiyi oxşar saxta iddiaların davamıdır. Son həftələrdə SVR bu cür bəyanatları daha tez-tez verməyə başlayıb ki, bu da yeni koordinasiyalı fəaliyyət modelindən xəbər verir”, – deyə analitiklər yazır.

Onların fikrincə, Rusiya hazırda hərbi fövqəladə vəziyyətlərə hazırlıq çərçivəsində fiziki və psixoloji şəraitin yaradılması mərhələsindədir. 2025-ci ilin payızından etibarən Rusiya hücumlarının əhəmiyyətli dərəcədə artdığı, xüsusən NATO hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması bunun ən nəzərəçarpan əlaməti kimi qeyd olunur:

"Bu təşkilatlanmış fəaliyyət modeli göstərir ki, Rusiya daha yüksək səviyyəli – məsələn, NATO-Rusiya müharibəsi kimi – qarşıdurmaya keçid üçün hazırlığın ilkin mərhələsi olan "Faza 0”a daxil olub”.

Eyni zamanda ISW qeyd edir ki, Kremlin daha aqressiv müharibəyə başlamaq barədə qərar qəbul edib-etmədiyi və bunun nə vaxt baş verə biləcəyi hələlik məlum deyil.

"Rusiya hazırda NATO ilə mümkün gələcək müharibəyə hazırlığın tərkib hissəsi kimi qiymətləndirilən uzunmüddətli planları həyata keçirir. Buraya ölkənin qərb sərhədlərində hərbi dairələrin yenidən qurulması və Finlandiya ilə sərhəddə hərbi bazaların genişləndirilməsi daxildir. ISW hələlik Rusiyanın NATO ilə qaçılmaz qarşıdurmaya birbaşa hazırlıq apardığına dair əlamətlər görmür”, – deyə hesabatda vurğulanır.

Rusiyanın əsas məqsədləri

ISW-nin fikrincə, Moskva bu cür təxribatlarla Avropa əhalisində qorxu yaratmağa və NATO-nun qətiyyətini sarsıtmağa çalışır. Hücumların müxtəlif növ və məkanlarda həyata keçirilməsi Avropanın hər yerində zorakılıq təhlükəsinin artdığı təəssüratını formalaşdırmağa yönəlib.

"Rusiya Avropada qorxu mühiti yaradaraq Ukraynaya qarşı müharibəsində və gələcəkdə NATO ilə mümkün qarşıdurmada güzəştlər əldə etməyə çalışır… Kreml həmçinin Avropanı müdafiəsini gücləndirmək səylərindən çəkindirməyə cəhd edir – guya bu səylər Rusiyanın hücumlarını təhrik edə bilər. Beləliklə, Kreml gələcəkdə NATO-ya qarşı istənilən təcavüzü əsaslandırmaq və ictimai dəstəyi səfərbər etmək üçün zəmin yaradır”, – deyə ISW-nin analitikləri qeyd edirlər.

Rusiya və NATO arasında müharibə ehtimalı

NATO-nun sabiq baş katibi Corc Robertson britaniyalılara "sülh düşüncəsindən uzaqlaşmaq” və böyük münaqişəyə hazırlaşmaq çağırışı edib. O, hətta gündəlik səviyyədə – məsələn, şam və digər zəruri ehtiyatlarla təmin olunmağın vacibliyini bildirib.

Avropa Komissiyasının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilius isə bəyan edib ki, Kreml Rusiya Federasiyasının NATO ölkələrinə mümkün hücumu senarisini müzakirə edir və Qərb kəşfiyyat orqanlarının bu barədə sübutları mövcuddur.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri