Rusiya və Qətər 2 milyard dollarlıq investisiya platforması yaradacaq
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və Qətər Suveren Fondu (QIA) texnologiya, mineral hasilatı və səhiyyə sahələrindəki layihələrə diqqət yetirməklə 2 milyard dollarlıq investisiya platforması yaradacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə RDIF-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq saziş Rusiya Prezidenti Vladimir Putin və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin iştirakı ilə imzalanıb.
Bu gün Kremldə keçirilən danışıqların yekunlarına görə Rusiya və Qətər nümayəndə heyətləri arasında bir sıra digər sənədlər də imzalanıb.
Qeyd olunur ki, iki liderin danışıqları zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlər, o cümlədən Suriya və Qəzza zolağındakı vəziyyət müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Aprel 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















