Icma.az
close
up
RU
Rusiya və Ukrayna müharibəsinin üç ili geridə qaldı Savaş başa çatacaqmı?

Rusiya və Ukrayna müharibəsinin üç ili geridə qaldı Savaş başa çatacaqmı?

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsinin başlamasından 3 il ötür. 

Sfera.az xatırladır ki, 2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladı və bu ölkəyə bir neçə istiqamətdən hücum həyata keçirtdi. 

Müharibə Ukraynaya aid 2 zirehli texnikasını vurulması ilə start götürdü. Rusiya silahlı qüvvələri Ukraynaya məxsus 2 ədəd piyadaların döyüş maşınını (PYD) vurdu.Rəsmi Moskva iddia edirdi ki, rus hərbçiləri və sərhədçiləri təxribat-kəşfiyyat qrupunun Ukrayna ərazisindən Rusiya Federasiyasının dövlət sərhədini pozmasının qarşısını alıb.

Rusiyanın genişmiqyaslı işğalına başladığı üç il ərzində Ukrayna böyük ərazi itkilərinə məruz qalıb, lakin Qərb müttəfiqlərinin hərbi yardımı sayəsində bəzi əraziləri geri almağa nail olub. Müharibə nəticəsində milyonlarla ukraynalı didərgin düşüb, minlərlə insan həlak olub və ya yaralanıb. 

Müharibə başlayandan qısa müddət sonra Rusiya ordusu Kiyev vilayətinin çox hissəsini nəzarətə götürdü, paytaxt mühasirəyə alındı, Xarkov şəhərinin ətraf əraziləri işğal olundu və Ukrayna şərq torpaqlarının böyük hissəsini itirdi. İlk aylarda Rusiya ordusunun əməliyyatları uğurlu alındı və 2014-2015-ci illərdə işğal olunan ərazilərlə birgə nəzarətə götürülən sahə 145 min kvadrat kilometrə çatdı. 

Qərb ölkələrinin dəstəyi ilə Ukrayna özünü toparladı və işğal olunan ərazilərin bir hissəsini əzad etdi. Ötən müddətdə Ukrayna ordusu təxminən 30 min kvadrat kilometr ərazini, o cümlədən Kiyev vilayətini tamamilə, Xarkov vilyayətinin isə 95 faizini Rusiya ordusundən təmizlədi. 
Müharibənin üçüncü ilində ilk dəfə olaraq əməliyyatlar Ukrayna ərazisindən kənara çıxdı. Ukrayna ordusu 6 ay öncə Rusiyanın Kurs vilayətində əməliyyatlara başladı və təxminən 1200 kvadrat kilometr ərazini nəzarətə götürdü. 

Artıq müharibədə irəliləmələr dayanıb. Rusiya ordusu Ukraynanın 19,5 faiz (təxminən 115 min kvadrat kilometr) ərazini işğal altında saxlayır və tərəflərin heç biri ciddi irəliləmə əldə edə bilmir. 

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin kökü 2014-cü ilə gedib çıxır. Rusiya qüvvələri Kiyevdə baş verən Maydan inqilabının ardından hakimiyyətin dəyişməsini görərək qısa müddət sonra Krımı işğal etdi. Elə həmin il Rusiyanın dəstəklədiyi separatçılar Donbas bölgəsinin bir hissəsini də ələ keçirdilər və həmin ərazilər bu günə qədər Rusiyanın nəzarətindədir. 

Rusiya 2022-ci il fevralın 24-də genişmiqyaslı işğala başlayanda Ukraynanı 3 günə nəzarətə götürəcəyini bildirirdi. Lakin müharibənin gedişatı göstərdi ki, Rusiya bu niyyətini reallaşdırmağı bacarmadı. Ukrayna ordusu ciddi müqavimət göstərdi və genişmiqyaslı hücumun məqsədinə çatmasına imkan vermədi. Ukraynanın güclü müqavimət göstərməsində Qərbin dəstəyi mühüm rol oynadı. Son 3 ildə Ukrayna tərəfdən müharibəyə 350 milyard dollar xərclənib. Bunun 100 milyard dolları Ukraynanın öz vəsaiti, 100 milyard dolları ABŞ-nin ayırdığı vəsaitlər, 150 milyard dolları isə Avropadakı ölkələrin verdiyi vəsait olub. Müharibə Ukraynanın demoqrafik vəziyyətinə mənfi təsir göstərdi. BMT-nin 2024-cü ilin sonuna olan məlumatına görə, Avropada 6,3 milyona yaxın ukraynalı qaçqın yaşayır ki, onların 1,2 milyonu Almaniyada, 1 milyonu Polşada və 390 mini Çexiyadadır. BMT-nin son hesablamalarına görə, daha 1,2 milyon ukraynalı qaçqın Rusiyada yaşayır. 

Ukraynadakı müharibə zamanı 40 mindən çox dinc sakin həlak olub və ya yaralanıb ki, onların əksəriyyəti partlayıcı silahlardan ölüb. Ukraynanın itirdiyi əsgər sayı təxminən 46 min nəfər, yaralı sayı 390 mindir. 

Ukrayna mənbələri iddia edir ki, Rusiyanın itkiləri daha çoxdur. İddialara görə Rusiyanın 868 mindən çox əsgəri ya ölüb, ya da əlil olub. Rusiya bu döyüşlərdə 10 177 tankını, 21 157 zirehli döyüş maşınını, 370 döyüş təyyarəsini, 331 helikopterini, 29 hərbi gəmisini itirib. 

Müharibənin dördüncü ilində onun başa çatması, ən azından atəşkəsin əldə edilməsi ehtimalı böyükdür. ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra müharibəyə münasibət dəyişib. Tramp administrasiyası müharibənin dayandırılmasında israrçı görünür. Rusiya ilə ABŞ-nin danışıqları müsbət nəticələnərsə, ətəşkəs əldə ediləcək və münaqişənin həlli qeyri-müəyyən müddətə təxirə salınacaq. 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri