Icma.az
close
up
RU
Rusiya Vladimir Medinskinin boğazı ilə nə demək istədi... TƏHLİL

Rusiya Vladimir Medinskinin boğazı ilə nə demək istədi... TƏHLİL

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qalmaqallı açıqlama verib. “Russia Today” kanalına müsahibəsində o, Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib və bu bölgəni Ukraynadakı müharibə ilə müqayisə etməyə çalışıb. Rəsmi Bakı Medinskinin çıxışına dərhal və sərt reaksiya verib.

Ekspertlər Medinskinin çıxışını Bakıya verilən dolayı mesajdır kimi də qiymətləndirirlər. Bununla Rusiya həm də “regionda hələ də söz sahibiyik. Rəsmi olaraq tanımasaq da, status məsələsi bizim üçün açıq qalır” demək istəyir. Bu tip ritorika ilə Rusiya Azərbaycanın son vaxtlar Qərblə münasibətlərinin yaxınlaşmasına qarşı psixoloji və diplomatik əngəl yaradır.

Ermənistana simvolik dəstək

Paşinyan hökuməti KTMT-dən uzaqlaşmq üçün son zamanlar ciddi addımlar atır. Rusiyanın belə bir məqamda bu şəkildə ifadə işlətməsi Ermənistan ictimai rəyini nəzarətdə saxlamaq üçündür.

Bu, Kreml üçün bir növ “Ermənistanı tam itirmədik” mesajıdır. Eyni zamanda daxildə zəifləyən Rusiyayönlü qruplara “biz hələ burdayıq” siqnalıdır.

Qərb formatlarına alternativ yaratmaq arzusu

Avropa İttifaqı və ABŞ-ın son aylarda Azərbaycan və Ermənistanla həyata keçirdiyi diplomatik görüşlər Rusiyanı narahat edir. Bu mesajla Rusiya bildirir ki, siz regionda sülhü bizsiz qura bilməzsiniz. Biz olmadan Qarabağ məsələsi tam bağlanmayıb.

Bununla Rusiya həm də Brüssel və Vaşinqton formatına qarşı "ritorik tormoz" rolunu oynamaq istəyir. 

Sülhməramlıların varlığını əsaslandırmaq cəhdi 

Qarabağda artıq Rusiya sülhməramlıları yoxdur. Lakin bu ifadə ilə Rusiya keçmiş roluna legitimlik qazandırmaq və gələcəkdə yenidən belə bir missiyanın ola biləcəyini gündəmdə saxlamaq istəyir.

Bu, həm də Rusiya ictimaiyyətinə “biz regionu tam buraxmadıq” deməkdir.

Azərbaycanın mövqeyi və cavabı

Rəsmi Bakı artıq bəyan edib ki, Qarabağ Azərbaycanın daxili işidir və mövcud reallıq dəyişməzdir. Azərbaycanın beynəlxalq hüquqla möhkəmlənmiş ərazi bütövlüyü BMT, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla çoxsaylı qurumlar tərəfindən tanınıb.

Görünən odur ki, bir ifadənin arxasındakı çoxqatlı mesajlar dayanır. 

“Qarabağ mübahisəli ərazidir” ifadəsi Rusiya diplomatiyasının klassik balans strategiyasının təzahürüdür. 

Bu mesajla öz aləmində Rusiya guya Bakının qərbyönümlü kursuna xəbərdar edir, İrəvana rəmzi dayaq mesajı göndərir, Qərbə isə xəbərdarlıq edir.

Amma günün bir gerçəkliyi var, Qarabağ heç vaxt  mübahisəli ərazi olmayıb, indi də belədir. Azərbaycan dövləti öz ərazisinə nəzarət edir. Fakt budur.

Qalan hər şey, Rusiyanın Vladimir Medinskinin boğazı ilə banlaması köhnə dünyanın köhnə ritorikasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see254

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see178

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see161

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see153

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see145

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see143

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see142

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see142

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see139

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri