Rusiya Xersona hücumların sayını artırdı: Ukrayna Silahlı Qüvvələri bunun səbəbini izah edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın Xerson vilayətində Rusiya ordusu xüsusilə adalar zonasına yönələn hücum əməliyyatlarını əhəmiyyətli dərəcədə aktivləşdirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində Rusiya ordusunun adalara qarşı hücumlarının sayı 2–3 dəfə artıb. Əgər əvvəllər gündəlik olaraq 2–3 hücum qeydə alınırdısa, indi bu say 6–8, bəzən isə 10–11 cəhdə çatır. Voloşinin televiziya kanallarına açıqlamasına görə, Rusiya ordusu adalar zonasının bütün istiqamətləri üzrə fəallaşıb. O deyib ki, qarşı tərəf hər gün Ukrayna mövqelərini ələ keçirmək üçün 3–4 uğursuz cəhd edir.
“Başqa sözlə, düşmən bu fəallaşmanı ona görə başlayır ki, adalar zonasında müəyyən dayaq nöqtələrini nəzarət altına alsın,” – deyə hərbçi bildirib.
Voloşin həmçinin əlavə edib ki, cəbhənin cənub istiqamətində aviazərbələr güclənib:
“Bir sutka ərzində onlar 20-dən çox yaşayış məntəqəsini təxminən 40 dəfə atəşə tutublar. Düşmən aktiv şəkildə FPV-dronlardan istifadə edir. Son sutka ərzində ruslar müxtəlif modifikasiyalı 400-ə yaxın kamikadze dronla hücum edib və 160-dan çox bomba atıb, bunun üçün isə 180-dən artıq sursat istifadə olunub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















