Rusiya XİN: ATƏT in Minsk Qrupu öz fəaliyyətini 2022 ci ildə dayandırıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Minsk qrupu fəaliyyətini məhz fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitirib.
“Fəaliyyətdə olan mandatlarına baxmayaraq, onlar heç bir məsləhətləşmə, kommunikasiya olmadan rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar heç ATƏT çərçivəsində məsləhətləşmələr aparmayıblar, sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər. Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistan baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Deməli, Minsk Qrupu ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv olunması məntiqlidir. Belə təxirəsalınmaz tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım etmək məqsədi daşıyır. Mənə elə gəlir ki, elə bu mövqedən çıxış etmək lazımdır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















