Icma.az
close
up
RU
Rusiya XIN keçmiş müavini: “Cənubi Qafqaz 2025ci ildə rahatlıq gözləməməlidir

Rusiya XIN keçmiş müavini: “Cənubi Qafqaz 2025ci ildə rahatlıq gözləməməlidir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Andrey Fyodorov: Qərb Ermənistanı silahla təmin etməyə davam etsə də, Ermənistanın qarşıdakı illərdə Azərbaycana qarşı hər hansı revanş cəhdi (əgər bu cür risklərdən danışırıqsa) mümkün deyil

Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov 2025-ci ildə Ermənistan-Azərbaycan nizamlanmasının perspektivləri haqqında “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Andrey Vladimiroviç, 2025-ci ildə Cənubi Qafqaz üçün nəyisə yaxşılığa doğru düzəltmək olarmı? Qərbin regiona təzyiqləri azalacaqmı, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması şansı varmı?

- Düzünü desəm, düşünürəm ki, həqiqətən heç nə yaxşılığa doğru dəyişməyincə, Cənubi Qafqaz müxtəlif qüvvələrin mübarizə zonası olaraq qalacaq. Ermənistan-Azərbaycan nizamlanmasında yarımçıq qalan məsələlər isə 2025-ci ildə də sürünəcək. Bu birincisi.

İkincisi, Ermənistanda vəziyyətin necə inkişaf edəcəyini diqqətlə izləməliyik. Bu il biz İrəvanın KTMT-dən kəskin şəkildə uzaqlaşdığını, bu strukturdan çıxmağa eyham vurduğunu və Avropa İttifaqı ilə yaxınlaşma ideyasını gördük. Bu isə Rusiya-Ermənistan münasibətlərinə və bütövlükdə regiondakı vəziyyətə təsir etməyə bilməz.

Bundan əlavə, Gürcüstanda vəziyyət ağır olaraq qalır. Və burda vəziyyət dekabrın 29-dan, yeni prezidentin andiçmə mərasimindən sonra partlaya bilər. Bu, hazırkı prezident Salome Zurabişvilinin postunu tərk etmək fikrində olmadığını, üstəlik, bu yaxınlarda keçirilən seçkilərin nəticələrinə etiraz etdiyi üçün hansısa şura yaratmaq və yeni parlament seçkiləri təşkil etməyi planlaşdırması fonundadır.

Hər halda, görünür, gələn ildə Gürcüstanda hər hansı sabitlik gözləmək lazım deyil, xüsusən də Qərb bu ölkəyə qarşı sanksiyaları gücləndirsə.

2025-ci ildə Türkiyədən də çox şey asılı olacaq, o, bir tərəfdən, şübhəsiz ki, Cənubi Qafqazla maraqlanır, digər tərəfdən, mənim fikrimcə, gələn il Suriya, Liviya, Misir və digər ölkələrlə bağlı problemləri ilə həddən artıq yüklənəcək. Ona görə də görünür, Cənubi Qafqazda baş verənlərə bir gözü ilə baxacaq, amma yenə də o biri gözünü Zaqafqaziyaya bağlamalı olacaq.

- Amerikanın yeni hökuməti dövründə siyasət Cənubi Qafqazdakı vəziyyətə necə təsir edəcək?

- Məncə, ABŞ Cənubi Qafqaza əhəmiyyət verməyəcək. Bəli, müəyyən dərəcədə deyə bilərik ki, məhz bu “Cənubi Qafqaza qədər yox” siyasəti region üçün müsbət amilə çevriləcək. Amma ABŞ-ın ümumiyyətlə regiona hansısa səviyyədə təsir göstərməyə cəhd etməyəcəyini düşünmək də mümkün deyil.

- Aİ-nin Ermənistana dəstəyi, 2025-ci ildə hansısa şəkildə dəyişəcək?

- Yox, dəyişməyəcək. Yalnız güclənəcək. Avropa İttifaqının regiondakı planları daha da aktiv olacaq. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına və Aİ-nin müxtəlif mexanizmlərinə daxil edilməsinə dəstək davam edəcək. Bu tendensiya müəyyən edib ki, bu prosesdə əsas Aİ ölkəsi var– Fransa. Avropa İttifaqının yeni sədri olacaq Polşanın Ermənistanla xüsusi münasibəti olmadığı üçün Paris burada kifayət qədər sərbəst olacaq.

- Ermənistanın baş naziri Azərbaycanla sülh sazişi ilə bağlı son həftələr kifayət qədər müsbət bəyanatlar verir. Bu nə ilə bağlıdır?

- Bu, Ermənistanın Azərbaycanla sülh danışıqlarını ləngitməsi üçün ümumi taktikadan başqa bir şey deyil. Yəni, Nikol Paşinyan Azərbaycan iddiaları ilə razılaşan kimi görünür. Amma sonda ümidverici deyilən şeyi eləmək demək deyil. Ermənistanın baş naziri müsbət taktikalardan istifadə edir və eyni zamanda erməni milli maraqları kimi gördüyü şeyi müdafiə etməyə çalışır.

- Belə çıxır ki, Paşinyanın bu cür sülh xarakterli bəyanatları doğrudan da heç nə demək deyil?

- Ümumiyyətlə, bəli. Bugünkü vəziyyətdə Ermənistanın tələsməyə yeri yoxdur. İndi o, öz məsələlərini Fransa və ABŞ ilə yeni xarici qarşılıqlı əlaqə yolu ilə sakit şəkildə həll etməyə çalışır. Nisi desək, Ermənistan Respublikasının həyatı, İrəvanın fikrincə, sülh müqaviləsindən asılı deyil.

- Gələn il Azərbaycan üçün çağırışlar baxımından daha asan ola bilərmi?

- Bu, çağırışlar adlandırdığınız şeydən asılıdır. Ermənistanla münasibətlərə gəlincə, təbii olaraq problemlər qalmaqdadır. Lakin bu baxımdan 2025-ci il ölkələr arasında qalan əsas məsələlərin kifayət qədər uzun müddət naməlum vəziyyətdə qalacağı “qəribə birgəyaşayış” dövrü olacaq.

- Bu ay Ermənistanın Qərb dövlətləri ilə hərbi əməkdaşlıqda təmasları intensivləşib... Rəsmi Bakı Qərbin dəstəyi ilə Ermənistanın hərbiləşdirilməsi təhlükəsini mütəmadi olaraq qeyd edir.

- Mən bunu Ermənistan ordusu üçün sağ qalmaq cəhdi adlandırardım. Çünki onun son iki-üç ildə mövcud olduğu formada onun qarşısında duran məsələləri həll etmək iqtidarında olmadığı göz qabağındadır. Bir çox cəhətdən köhnəlmişdir. Aİ isə respublikanı silahla təmin etməyə davam edəcək. Amma Ermənistanın qarşıdakı illərdə Azərbaycana qarşı hər hansı revanş cəhdi (əgər bu cür risklərdən danışırıqsa) mümkün deyil, belə ki, Qərb Ermənistanı silahla təmin etsə də, Ermənistan ordusunun bu revanşa imkanı yoxdur.

- Trampın dövründə Azərbaycan-Amerika münasibətləri asanlaşacaqmı? Axı 2024-cü il Azərbaycan-Amerika münasibətləri üçün çox çətin il oldu.

- Qismən. Amerikalı həmkarlarım mənə deyirlər ki, niyə Bakıda Putinlə Tramp arasında görüş olmasın. Söhbət etdiyim insanlar praqmatikdir. Onların çevrələrində bu ideya müzakirə olunur: variantlar, onun təsiri, nəticələri. Əgər belə bir görüş təşkil olunarsa, bu, həqiqətən də Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşmasına təsir göstərə bilər. Onlar Bakı platformasının seçilməsini Avropa İttifaqı daxilində qısqanclıq yaratmayacağı ilə əsaslandırırlar. Rusiya üçün isə bu, etibar edilə bilən platformadır.

Tərcümə - Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri