Rusiya XİNə Bakının sülhə dair mövqeyi təqdim edildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev dekabrın 19-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
Axar.az Repoirt-a istinadən xəbər verir ki, söhbət zamanı onlar ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ötən ildə Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin uğurlu inkişafı qeyd olunub, siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səfərlər həyata keçirilib.
Azərbaycanın səfiri Rəhman Mustafayev xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistanla sülh müqaviləsi məsələlərinə dair rəsmi Bakının mövqeyi barədə məlumat verib.
Tərəflər, həmçinin qarşıdan gələn 2025-ci ildə keçiriləcək ikitərəfli təmasların və yüksək səviyyəli səfərlərin cədvəlini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Dekabr 2024 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















