Rusiya xüsusi xidmət orqanları Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir
Icma.az, Missiya.az saytına istinadən bildirir.
“Rusiya xüsusi xidmət orqanları dövlət himayəsində olan şəxslərin, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin sabiq Prezidenti Co Bayden administrasiyasının Rusiya liderinə qarşı sui-qəsd planlaşdırması ilə bağlı açıqlamasına münasibət bildirirkən deyib.
"Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və təbii ki, dövlətin himayəsində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görür", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Taker Karlson Bayden administrasiyasının Putinə qarşı sui-qəsd planları hazırladığını bildirib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















