Icma.az
close
up
RU
Rusiya yanacaq bazarlarını itirir Azərbaycana da benzin ixracı dayanıb

Rusiya yanacaq bazarlarını itirir Azərbaycana da benzin ixracı dayanıb

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ukrayna ordusu və kəşfiyyat qurumları Rusiyanın iri neftayırma zavodlarına qarşı sistemli hücumlarını davam etdirir.

“AzPolitika” xəbər verir ki, ölkədə mövcud 38 belə müəssisədən 22-i artıq ciddi zərər görüb və istehsal prosesini ya tam, ya da qismən dayandırıb. Belə zavodlar arasında Rusiyada istehsal gücünə görə (17-20 milyon ton) birinci beşlikdə olan 2 müəssisə də var.

Ukrayna hərbi sənayesi bu əməliyyatlarda istifadə etdiyi dronları sürətlə təkmilləşdirir və artıq Rusiyanın 2 min kilometr dərinliklərinə qədər olan hədəfləri vurmaq qabliyyətinə malikdir. Qərb mediası yazır ki, bu əməliyyatlar ABŞ və bəzi Avropa ölkələrinin kəşfiyyat dəstəyi ilə həyata keçirilir.

Rusiya ordusubu hücumların qarşısında aciz durumdadır, hava hücumundan müdafiə sistemləri dronların bir qismini məhv edə bilsə də, neftayırma zavodlarını qorumaq iqtidarında deyil. Artıq 1 aydan artıqdır, ölkədə yanacaq çatışmazlığı yaranıb və problem getikdcə böhran həddinə yaxınlaşır.

Hökumət vəziyyəti yüngülləşdirmək üçün bir sıra addımlar atıb, Avrasiya İttifaqı daxilində yanacaq idxalını sadələşdirib, rüsumları ləğv edib. Habelə benzin və dizelin xaricə satışını məhdudlaşdırmaqla yanaşı daxili tələbatın ödənilməsinə yönəlik satışları stimullaşdırmağa çalışır.

Qeyd edək ki, Azərbaycan daxildə yanacağa olan tələbatının bir qismini Rusiyadan idxal hesabına təmin edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika”ya şərhində bildirib ki, bu ilin 7 ayının "Azərbaycanın xarici ticarət bülleteni"ndə dərc edilən məlumatlara görə ölkəyə idxal edilən avtomobil yanacağının 65%-i Rusiyanın neftayırma zavodlarından alınıb: “Avqustun sonlarından Rusiya NEZ-ləri ardı-ardınca Ukrayna dron və raketləri ilə sıradan çıxarılır, ya da ehtiyat yanacaq anbarları partladılır. Buna görə də artıq sentyabrın ortasından Rusiya ciddi yanacaq problemi ilə üzləşib və hələlik problemi Belarusdan idxalı 4-5 dəfə artırmaqla qismən həll edir”.

Azərbaycana yanacaq idxalının dayandırılması barədə danışan ekspert xatırladıb ki, Rusiya hökuməti avqustun sonundan neft məhsulları ixracını dayandırmaq haqda qərar verib: “Azərbaycan bu ilin yanvar- iyul aylarında 70 min 657,25 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Həmin marka benzinin idxalı Azərbaycana 59 milyon 378,79 min ABŞ dollara başa gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 % çox olub. İdxalın 73,2 %-i Rusiyanın payına düşüb. Bu marka benzinin yerdə qalan hissəsini Azərbaycan Rumıniya, Belarus və Bolqarıstandan alıb”.

Ehtimal etmək olar ki, Azərbaycan Rusiyadan idxal etdiyi benzini digər tərəfdaş ölkələrdən həcmi artırmaqla kompensasiya edir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri