Icma.az
close
up
RU
Rusiya Zəngəzur dəhlizinə zərbə aləti yaratmaq istəyir: Cənubi Qafqaz qlobal güclərin yeni savaş məkanı na çevrilir

Rusiya Zəngəzur dəhlizinə zərbə aləti yaratmaq istəyir: Cənubi Qafqaz qlobal güclərin yeni savaş məkanı na çevrilir

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Cənubi Qafqazda hazırda iki paralel geopolitik istiqamət üzrə ciddi ziddiyyətlər yaranır, Rusiya və İran “3+3” formatını öz geopolitik maraqlarının "regional alət"inə çevirməyə çalışır... Bu iki dövlətin maraqlarına zidd olan Zəngəzur dəhlizi və Orta Dəhliz isə Türkiyə, Azərbaycan, Ermənistan, eləcə də, ABŞ və Qərb üçün vazkeçilməz strateji perspektivlər vəd edir...

Cənubi Qafqazda geopolitik situasiya sürətlə dəyişir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurlu inkişafına paralel olaraq, həm Rusiya, həm İran, həm də Türkiyə yeni mesajlarla diqqəti çəkirlər. Belə ki, Rusiya və İran Cənubi Qafqaz üçün “3+3” müzakirə formatını uğurlu model kimi təqdim edir. Türkiyə isə Rusiya və İrandan fərqli olaraq, məhz Zəngəzur dəhlizini bütün region üçün potensial “sülh layihəsi” kimi qabardır. Və bu, "3+3" formatına daxil olan dövlətlər arasında geopolitik ziddiyyətlərin olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, bu geopolitik ziddiyyətlərə bağlı fəqrli yanaşma əslində, Cənubi Qafqazın gələcək taleyini müəyyənləşdirəcək iki fərqli istiqaməti də ortaya çıxarır. Yəni, regional təhlükəsizlik mexanizmləri və iqtisadi-nəqliyyat inteqrasiyasına geopolitik maraqlar üzərindən yanaşılır. Və həm Rusiyanın, həm də İranın yanaşması regional qarşıdurmaya yol aça biləcək qədər əksistiqamətlidir.

Məsələ ondadır ki, İranın Xarici İşlər Nazirliyinin rəsmisi Baqainin sözlərinə görə, “3+3” formatı artıq özünü doğruldub və Azərbaycanla Ermənistan arasında mübahisələrin həllinə töhfə verib. Rəsmi Tehran bu mesajla bir daha bildirir ki, ABŞ və Qərbin Cənubi Qafqaza nüfuzuna qarşı ən effektiv yol region və regionətrafı ölkələrin öz aralarında dialoq aparmasıdır.

Əslində, bu, İran üçün həm də Ermənistanın tamamilə Türkiyə-Azərbaycan orbitinə düşməsinin qarşısını almaq, həm də İran-Ermənistan tranzit xəttini toxunulmaz saxlamaq niyyətinin ön plana keçməsi qorumaq deməkdir. Rəsmi Tehran yaxşı bilir ki, Zəngəzur dəhlizi açılarsa, onun Şimal-Cənub dəhlizi üzərindəki rolu zəifləyərək, əhəmiyyətini itirən bilər. Və İranın rəsmi dairələri geopolitik proseslərin belə istiqamətlər ala biləcəyindən ciddi şəkildə narahatdırlar.

Türkiyə isə Zəngəzur dəhlizi ilə Cənubi Qafqazda yeni mərhələnin başlanılmasına strateji önəm verir. Ona görə də, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və İran rəsmi dairələrindən tamamilə fərqli yanaşma ortaya qoyur. Onun sözlərinə görə, Zəngəzur dəhlizi açılarsa, Türkiyə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq yeni mərhələyə çıxmış olacaq. Və bu, hər üç ölkənin bütün istiqamətlər üzrə maraqlarına tamamilə cavab verir.

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin açılma prosesini konkret addımlarla da dəstəkləyir. Belə ki, Qars-Iğdır-Dilucu dəmir yolunun tikintisi artıq gündəmdədir. Bu yol, əslində, Zəngəzur dəhlizinin Türkiyə ərazisindəki əsas həlqəsi olacaq. Əgər, layihə reallaşarsa, Türkiyə yalnız Azərbaycanla birbaşa əlaqəni möhkəmləndirməyəcək, həm də Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirəcək.

Təbii ki, bu prosesdə məsələ yalnız iqtisadi-ticari faktorlarla məhdudlaşmır. Belə ki, Zəngəzur dəhlizi rəsmi Ankaranın uzunmüddətli “Orta Dəhliz” strategiyasının mühüm tərkib hissəsidir. Yəni, rəsmi Ankara Çindən Avropaya uzanan yükdaşıma prosesində Türkiyənin həlledici rolunu artırmaq planında qətiyyətli addımlar atmaq niyyətindədir. Və bu, regionətrafı rəqiblərin maraqları ilə kifayət qədər ciddi ziddiyyətlər yaradır.

Rusiya üçün isə mövcud vəziyyət açıq-aşkar ziddiyyətli xarakter daşıyır. Bir tərəfdən, “3+3” formatı Rusiyanın regionda təsirini saxlaması üçün əlverişli platformadır. Digər tərəfdənsə, Zəngəzur dəhlizi açılarsa, bu, Rusiya üzərindən keçən ənənəvi marşrutlara ağır zərbə vəd edir. Ona görə də, Ukrayna müharibəsi ilə zəifləmiş Rusiya indi ciddi seçim qarşısındadır. Çünki Kreml bundan sonra ya Cənubi Qafqazda yeni regional reallıqlara uyğunlaşacaq, ya da geopolitik və geoiqtisadi proseslərdən kənarda qalmaq riski ilə üzləşməli olacaq.

Ancaq Avropa Birliyi üçün Zəngəzur dəhlizi ilk növbədə enerji və ticarət təhlükəsizliyi deməkdir. Bu marşrut Rusiyadan yan keçərək Avropaya əlavə alternativ imkanları yaradır. ABŞ isə Cənubi Qafqazda daha çox geopolitik müstəvidə aktivdir və geostrateji hədəflər üzərindən planlar qurmağa çalışır. Belə ki, Ağ Ev üçün əsas məqsəd, Avropa Birliyi ilə ortaq şəkildə Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və rəsmi İrəvana İranın təsirini zəiflətməkdir. Halbuki, “3+3” formatı isə ABŞ və Qərbin Cənubi Qafqazdan kənarda qalmasına yol aça biləcək bir platformadır.

Onu da qeyd etmək lazımdır ki, hazırda ən çətin seçim, bəlkə də, məhz Ermənistanın qarşısındadır. Çünki rəsmi İrəvan həm “3+3” formatında iştirak etməyə məcburdur, həm də Zəngəzur dəhlizi ilə bağlı Ağ Evdə imzalanan sazişlə öz üzərinə öhdəlik götürüb. İndi Ermənistanın qarşısında bir tərəfdə Rusiya və İranın təzyiqləri, digər tərəfdəsə Türkiyə və Azərbaycanın yaratdığı yeni iqtisadi imkanlar dayanır. Və ona görə də, bu, Ermənistan üçün sadəcə, diplomatik seçim deyil, həm də dövlətin gələcək inkişaf yolunu müəyyən edəcək bir qərardır.

Göründüyü kimi, Cənubi Qafqazda hazırda iki paralel geopolitik istiqamət üzrə ciddi ziddiyyətlər yaranmağa başlayıb. Rusiya və İran “3+3” formatını öz geopolitik maraqlarını reallaşdırmaq üçün regional alətə çevirməyə çalışır. Onların maraqlarına zidd olan Zəngəzur dəhlizi və Orta Dəhliz isə Türkiyə, Azərbaycan, Ermənistan, eləcə də, ABŞ və Qərb üçün vazkeçilməz strateji üstünlüklər vəd edir.Yəni, Cənubi Qafqazda baş verən bu proseslər yalnız region dövlətlərinin deyil, qlobal güclərin də maraqlarını ciddi şəkildə toqquşdurur. Bu səbəbdən də yaxın gələcəkdə region həm rəqabət meydanı, həm də yeni əməkdaşlıq formatlarının sınaq məkanına çevrilə bilər.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Avqust 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri