Icma.az
close
up
RU
Rusiya Zəngəzura qarşı: Lavrov bəhanələr tapdı “İrəvan və Vaşinqton tələsməlidir, əks halda...”

Rusiya Zəngəzura qarşı: Lavrov bəhanələr tapdı “İrəvan və Vaşinqton tələsməlidir, əks halda...”

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya rəsmiləri Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə ilk günlər səbirli yanaşır, razılaşmanın əleyhinə açıqlama vermirdilər. Bu onunla əlaqəliydi ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu Trampın səylərini şübhə altına almaq anlamına gələrdi.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Vaşinqtonda imzalanan müqavilədən bir ay keçib və artıq rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar:

“Kreml həmişəki kimi xarici işlər naziri Sergey Lavrovu qabağa verib. O, Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqaviləylə bağlı ilkin müsbət rəylər tədricən skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb.

Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir. Rusiyanın xarici işlər naziri müqavilə barədə “skeptik rəylər” sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub. Çünki məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır. İrəvan və Vaşinqton tələsməlidirlər. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək”. /Yenisabah.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Sentyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri