Rusiyada 158 yeniyetmə buna görə həbsə atılıb Bəzilərini ömürülük həbs cəzası gözləyir
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya məhkəmələri Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ən azı 158 yeniyetməni terrorizm və təxribat ittihamı ilə məhkum edib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, konkret olaraq, 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar “terror aktı”, “terrorçuluğa kömək”, “terror təşkilatının fəaliyyətində iştirak” və “terrorçuluğa çağırış” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 205.1–205.5-ci maddələri) maddələri ilə mühakimə olunublar.
Bu maddələrə əsasən 2022-ci ildə 26, 2023-cü ildə 35, 2024-cü ildə 41 yeniyetmə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. 2025-ci ilin birinci yarısında artıq 29 yeniyetmə terrorizm ittihamı ilə məhkum edilib.
Təxribat törətdiklərinə görə həbs cəzasına məhkum edilmiş ilk yeniyetmələr 2023-cü ildə qeydə alınıb. Rusiyalı yeniyetmələr tez-tez hərbi çağırış məntəqələrini yandırdıqlarına görə terror və təxribat işlərində müttəhim olurlar. Onların bir çoxu, hüquq-mühafizə orqanlarının məlumatına görə, yanğına sifariş verənlərin onlara vəd etdiyi pullar müqabilində bunu edirlər.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bundan əvvəl Ukrayna xüsusi xidmət orqanlarını rusiyalı yeniyetmələri Rusiyada təxribat törətmək üçün cinayətə cəlb etməkdə ittiham edib. Onun sözlərinə görə, bu cür cinayətlər çox vaxt etnik ədavətlə, həmçinin “terrorçu” və “nasist” ideologiyalarına dəstəkdən qaynaqlanır. Bastrıkin qeyd edib ki, bu cür cinayətlər ömürlük həbsə qədər cəza nəzərdə tutur, lakin yeniyetmələr öz əməllərinin ciddiliyini dərk etmirlər və məsuliyyətlərinin miqyasını yalnız həbs edildikdən sonra anlamağa başlayırlar.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 20 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















