Icma.az
close
up
RU
Rusiyada apteklərə və klinika şəbəkəsinə haker hücumu olub

Rusiyada apteklərə və klinika şəbəkəsinə haker hücumu olub

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın "Stoliçki" sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində texniki nasazlıqla üzləşib. Bu səbəbdən rəhbərlik yüzlərlə satış nöqtəsini müvəqqəti olaraq bağlamağa məcbur olub. Hazırda vəziyyət tədricən normallaşır.

Oxu.Az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

Şirkətin Mətbuat Xidmətindən bildirilib ki, problem ötən gündən etibarən müşahidə olunmağa başlayıb. "Stoliçki"nin bir sıra satış nöqtələri bağlanıb, həmçinin onlayn xidmətlərdə də fasilələr yaranıb. İstifadəçilər dərman sifariş etmək və loyallıq proqramlarından istifadə etmək imkanını itiriblər. Əvvəlcə bu nasazlıqlar texniki səbəblərlə izah edilsə də, sonradan məlum olub ki, əsas səbəb haker hücumudur.

"Stoliçki" sosial apteklər şəbəkəsi haker hücumu nəticəsində baş vermiş nasazlığı təsdiqləyib. Bildirilib ki, mütəxəssislər xidmətlərin bərpası üzərində işləyirlər və artıq apteklərin yarısı fəaliyyətini bərpa edib. Şəbəkənin tam gücü ilə fəaliyyətə başlaması yaxın günlərdə planlaşdırılır, lakin dəqiq tarix açıqlanmayıb.

Bundan əlavə, "Podyom" "Telegram" kanalı Moskvadakı "Semeynyy Doktor" klinikalar şəbəkəsinin də haker hücumu ilə üzləşdiyini bildirib. Kanalın klinika əməkdaşlarına istinadən yaydığı məlumata görə, iyulun 22-dən etibarən tibb işçiləri xəstələrin onlayn bazasına çıxış imkanını itiriblər və həkimlər pasiyent qəbulunu əl ilə qeyd etməyə məcbur olublar.

"Hətta printerdə sənəd çap etmək belə mümkün deyil, çünki printerlər server vasitəsilə işləyir, serverə isə çıxış yoxdur. Proqram boş ekran göstərir, 1C sistemində xəstə məlumatları tamamilə itib", - deyə mənbə bildirib.

Bununla yanaşı, texniki nasazlıq səbəbindən şəxsi kabinet və onlayn qeydiyyat funksiyası da müvəqqəti olaraq deaktiv edilib. Qəbulun təsdiqi yalnız əlaqə mərkəzinin telefon xətti vasitəsilə həyata keçirilir. Klinika əməkdaşları qeyd ediblər ki, xəstə məlumatlarının bərpası mümkün olmaya bilər.

Bununla belə, "Semeynyy Doktor" klinikalar şəbəkəsinin rəsmi saytında yayımlanan açıqlamada mediada yer alan məlumatların həqiqətə uyğun olmadığı və şəbəkəyə aidiyyəti olmadığı bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri