Rusiyada azərbaycanlı iş adamı həbs edildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı, diaspora rəhbəri Yusif Xəlilov həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Xəlilov rüşvət verməkdə ittiham edilir.
Qeyd edək ki, iş adamı iki gün öncə saxlanılmışdı.

