Icma.az
close
up
RU
Rusiyada azərbaycanlını öldürərək qaçan şəxsin ailəsini oğurlayanın cəzası artırıldı

Rusiyada azərbaycanlını öldürərək qaçan şəxsin ailəsini oğurlayanın cəzası artırıldı

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəki Apellyasiya Məhkəməsində adam oğurluğunda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Şahin Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, apellyasiya protesti qismən təmin edilib, onun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 6 ay 23 günə qaldırılıb.


İttihama görə, Şahin Hüseynov qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi tamah məqsədi ilə oğurlamış, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərməklə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib. Belə ki, 2010-cu ildə Rusiyanın Kolıvan qəsəbəsinin sakinləri ilə Rafiq Məmmədov arasında pul tələb etmə zəminində münaqişə baş verib. Nəticədə taksi sürücüsü M.Musinov Novosibirsk vilayəti, Kolıvan rayonu, Kolıvan qəsəbəsi Yujino kəndi avtomobil yolunun 7-ci kilometrliyində Rafiq Məmmədovu öldürüb, meyitini yol kənarındakı dərəyə atıb, özü isə hadisə yerindən qaçaraq Rusiyanı tərk edib. Hadisədən sonra Şahin Hüseynov həmin ildə tanışları - Emin Şahbazov, Rauf Məmmədov və digər şəxslə Novosibirsk vilayəti, Kolıvan qəsəbəsindəki “Metelitsa” bazarının ərazisində yerləşən “Nadejda-Pari” kafesində toplaşıb, orada Rafiq Məmmədovun izsiz-soraqsız itkin düşməsi hadisəsini müzakirə edib və M.Musinovun onu öldürməsindən şübhələniblər. Buna görə də təqsirləndirilən şəxs M.Musinovu axtarıb tapmaq məqsədi ilə onun ailə üzvlərini oğurlamaq qərarına gəlib. Cinayət materiallarında qeyd edilib ki, Şahin Hüseynov öz cinayətkar niyyəti barədə Emin Şahbazov, Rauf Məmmədov və digər şəxsə bildirdikdən sonra, onlar M.Musinovun ailə üzvlərini oğurlamaq üçün qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər.

Kamal Məmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Dekabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see201

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see128

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see125

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see123

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see120

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see119

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see118

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see117

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see117

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see116

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see116

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see116

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see116

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see115

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see115

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see115

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see115

Fəst fuddan daha təhlükəli balıq yeməkləri

10 İyun 2025 19:20see114

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see114

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri