Amerikaya gedib uşaq dünyaya gətirməyin heç bir faydası olmayacaq AÇIQLAMA
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ-yə məhz doğum üçün gedən azərbaycanlıların məqsədi Amerika vətəndaşlığı almaqdır. Çünki ABŞ Konstitusiyasına görə, Amerikada doğulan hər kəsin Amerika vətəndaşlığı almaq haqqı var. Donald Tramp isə hazırda bu qanunu dəyişmək istəyir”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

“Başa düşüləndir. Amerika dünyanın ən aparıcı ölkəsidir. Amma şəxsən mənim qənaətimə görə, “aparıcı ölkəsi idi”. İndi aparıcı ölkə Çindir. Yəqin ki, bir müddət sonra Amerika heç ikinci, üçüncü dövlət də olmayacaq. Bu hamımızın gözü qarşısında baş verir. Böyük ehtimalla, Amerikaya gedib uşaq doğmağın da heç bir faydası olmayacaq. Sabah bundan istifadə etməyəcəklər. Amerikada nə baş verir, görürük...” - o bildirib.
Aytəkin Qardaşova

