Icma.az
close
up
RU
Rusiyada qadını öldürərək zibil qutusuna atan azərbaycanlı ilə bağlı qərar verildi

Rusiyada qadını öldürərək zibil qutusuna atan azərbaycanlı ilə bağlı qərar verildi

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Eldar Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 27 dekabr 2008-ci il tarixdə Rusiyanın Moskva vilayəti, Klin şəhəri, Liteynaya küçəsi, ev 4, mənzil 201 ünvanında qeydə alınıb. Belə ki, Eldar Məhərrəmov kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, saat 20 radələrində onların mənzilinə qadının rəfiqəsi Saxobat Babayeva qonaq gəlib. O, həmin vaxt qonağın üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar və zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb. Sonra Eldar Saxobatın əmlakını ələ keçirmək məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib və çəkiclə qadının üzərinə hücum edib. O, Saxobatın baş nahiyəsinə üç dəfə zərbə endirib, sonra boğaraq qətlə yetirib. Daha sonra Eldar qadının paltarlarını çıxarıb, meyiti hamam otağına aparıb, həyətə düşüb iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıdıb. O, bıçaqla cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə zərərçəkmiş şəxsin meyitini bıçaqla doğrayıb hissələrə ayırıb, altı ədəd paketə doldurub, yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atıb. Sonra Eldar qadının üzərindəki pul və əşyaları götürüb. Hadisədən 14 il sonra – 2022-ci ildə Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs qarşı 17 000 manat maddi və 83 000 manat mənəvi zərərə görə (cəmi 100 000 manat) tələbinə dair mülki iddiası qismən təmin olunub. Belə ki, maddi zərərə görə 1262,90 manat və mənəvi zərərə görə 10 000 manat məbləğində pul Eldar Məhərrəmovdan alınıb zərərçəkmiş şəxsin hüquqi varisi nəfinə ödənilməsi hökm olunub. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 İyun 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see428

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see194

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see114

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see111

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

04 İyun 2025 07:18see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri