Məhkəmə qohumunu öldürmək istəyən şəxsin istəyini reallaşdırmadı
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmədə bibisi oğlunu öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, hadisə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Rahib Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb.
Kamal Məmmədov


