Rusiyada erməni diasporu liderinin oğlu qızı saçından sürüdü VİDEO
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyada insanların gözü qarşısında qızı saçlarından sürüyən, ona və kafenin müştərilərinə təhqiramiz sözlər deyən şəxsin görüntüləri yayılıb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Məlum olub ki, qalmaqallı hadisənin iştirakçısı erməni diasporunun lideri Petik Aspoyanın 25 yaşlı oğludur.
Kadrlardan onun qızın saçlarından tutaraq üstünə qışqırdığı və zalda sürüdüyü görünür. Həmçinin onun yoluna çıxan başqa bir qız da zərər çəkir.
Məlumata görə, Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb.

Erməni diasporu liderinin oğlu qızı saçından tutub sürüdü VİDEO FOTO
21 Noyabr 2024 09:27
Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçlarından sürüdü
21 Noyabr 2024 00:02
Hamının gözü qarşısında qızı saçından tutub sürüdü VİDEO
06 Dekabr 2024 21:45
Rusiyada erməni qatil saxlanıldı
17 Noyabr 2024 21:46
Erməni cinayətkar gödəkcədə gizləndi: Rusiyada qəribə hadisə VİDEO
26 Noyabr 2024 18:00

