Rusiyada fevralın 5 dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki dəyişiklik barədə məlumat verib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.
Birincisi, qanunsuz miqrantların deportasiyası rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. İkincisi, "ölkəyə giriş və çıxış qaydalarının pozulmasına, həmçinin nəzarət olunan şəxslərin reyestrinə daxil edilmiş miqranta göstərilməsi qadağan edilən xidmətlərə görə inzibati məsuliyyət tətbiq ediləcək".
Bundan başqa, Dövlət Dumasının sədri qeyd edib ki, fevralın 5-dən daha üç qanun qüvvəyə minəcək. Söhbət çətin həyat şəraitində olan uşaqlara hamilik, kreativ sənayenin inkişafı, həmçinin müsadirə edilmiş əmlakın Rusiya subyektlərinin mülkiyyətinə verilməsindən gedir.
V.Volodin həmçinin bildirib ki, Rusiyada analıq kapitalı 9,5 % indeksləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 01 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















