Rusiyada futbolçu oyun zamanı öldü KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyada 26 yaşlı futbolçu Artyom Kalmıkov Moskva vilayəti çempionatının B-3 liqasının “Parkovıy” və “Nara” komandaları arasında keçirilən matçda dünyasını dəyişib.
KONKRET.az bu barədə SHOT “Telegram” kanalına istinadla xəbər verir.
Kalmıkov “Parkovıy” klubunda çıxış edib. O, matçın 60-cı dəqiqəsində yıxılaraq huşunu itirib.
Futbolçunu meydançadan çıxarıblar, təcili yardım gələnə qədər idman həkimi onu reanimasiya etməyə çalışsa da, uğursuz olub.
Nəticədə Kalmıkov dünyasını dəyişib. Futbolçunun oyun zamanı ölməsi ilə bağlı araşdırma aparılacaq.
Baxış sayı:133
Bu xəbər 29 İyun 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















