Icma.az
close
up
RU
Rusiyada “Google” tamamilə bloklana bilər

Rusiyada “Google” tamamilə bloklana bilər

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov, “Google” şirkətinin bütün servislərinin Rusiyada qadağan edilməsini təklif edib. 

"Cebheinfo.az" xəbər verir ki, Svintsov “Gazeta.ru”-ya açıqlamasında bildirib ki, şirkət hələ də istifadəçilərin şəxsi məlumatlarını Qərbdə saxlayır və bu, ölkə üçün ciddi təhlükə yaradır.

Onun sözlərinə görə, çox sayda Rusiya şirkəti Google-un bulud xidmətlərində maliyyə vəziyyətləri, istehsal etdikləri məhsullar, texnologiyalar və avadanlıq haqqında demək olar ki, bütün məlumatları saxlayır. Bu isə Rusiya iqtisadiyyatının izlənməsi və sanksiya paketlərinin hazırlanması üçün “ideal bir alətə” çevrilir.

Svintsov yerli şirkətlərin illər ərzində idarəetmə sistemlərini “Google” infrastrukturuna əsasən qurduğunu etiraf edib, lakin buna baxmayaraq bu asılılıqdan imtina edilməsinin vacibliyini vurğulayıb.

O, Rusiyada yaradılan bir çox İT həllərinin Qərb analoqlarından geri qalmadığını, bəzilərinin isə daha yeni texnologiyalardan istifadə etdiyinə görə keyfiyyət baxımından üstün olduğunu qeyd edib.

Parlamentari, ölkənin “bütün Amerika məhsullarını yumşaq şəkildə öz ərazisindən çıxarmaq” xəttini davam etdirməli olduğunu bildirərək “Google” servislərinin və digər xarici xidmətlərin mərhələli şəkildə yavaşladılması, istifadəsinin çətinləşdirilməsi və beləliklə vətəndaşlar ilə biznes üçün yerli alternativlərə keçid müddəti yaradılmasını təklif edib.

Bundan əvvəl Rəqəmsal İnkişaf Naziri Maksut Şadayev də “Google” və “Microsoft”un bulud xidmətlərinin Rusiyada tam şəkildə qadağan olunmasını təklif etmişdi.

Nazir bildirib ki, bu xidmətlər rəsmi olaraq bazarı tərk etdiklərini elan edən xarici şirkətlərə məxsusdur, lakin buna baxmayaraq Rusiya istifadəçiləri hələ də bu servislərdən “demək olar ki, gizli şəkildə” istifadə etməyə davam edirlər.

O qeyd edib ki, belə şəraitdə bu şirkətlərə ödəniş edilməsinin məntiqi yoxdur. Şadayev, iqtisadi vəziyyətin ağırlaşdığını, böyük müştərilərin İT büdcələrini azaltdığını xatırladaraq, xarici bulud xidmətlərinə qoyulacaq məhdudiyyətlərin Rusiya şirkətləri üçün əlavə gəlir imkanları yaradacağını vurğulayıb.

Nazir, Prezident Vladimir Putinin 26 mayda Qərb İT xidmətləri ilə bağlı “getdiklərini elan edib, faktiki olaraq qalanları boğacağıq” sözlərini yada salaraq Kremlin bu sahədəki qətiyyətini “Prezident dedi – boğacağıq” ifadəsi ilə çatdırıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri