Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbi uşaqları vətəndaşlıqdan məhrum ola bilərlər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Moskva, 3 fevral, AZƏRTAC
Rusiyada hərbi uçota düşməkdən imtina edən əcnəbilərin uşaqlarının qazanılmış vətəndaşlığının ləğv edilməsi təklif olunub.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, qazanılmış Rusiya vətəndaşlığının ləğvi haqqında qanun layihəsinin yenilənmiş versiyası hərbi xidmət üçün uçota düşməkdən imtina edən əcnəbilərin uşaqlarının vətəndaşlığının ləğvi imkanını nəzərdə tutur.
Qeyd olunur ki, bu tədbir uşağın qanunu pozan valideyninin istəyi ilə sonradan Rusiya vətəndaşlığını əldə etməsi zamanı tətbiq oluna bilər. Lakin bu, doğuşdan Rusiya vətəndaşı olan uşaqlara, eləcə də digər valideynin Rusiya vətəndaşı olduğu hallara təsir etməyəcək.
Sənədə əsasən, yeni Rusiya vətəndaşları iki həftə ərzində qeydiyyat üçün hərbi komissarlığa gəlməli və ya bir həftə ərzində Dövlət Xidməti portalı vasitəsilə ərizə təqdim etməlidirlər. 2024-cü ildə hərbi uçota düşməkdən imtina etdiklərinə görə Rusiya vətəndaşlığının ləğvi haqqında qanun qəbul edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 03 Fevral 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















