Icma.az
close
up
RU
Rusiyada jurnalistikanın iflası və “Sputnik” sindromu: medianın kəşfiyyata çevrilməsi KONKRET

Rusiyada jurnalistikanın iflası və “Sputnik” sindromu: medianın kəşfiyyata çevrilməsi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın media mühiti uzun illərdir ki, azad söz və müstəqil jurnalistika üçün təhlükəli məkan olaraq tanınır. Ölkənin ən böyük media təşkilatı olan Rusiya Jurnalistlər İttifaqı (Союз журналистов России) isə mövcud böhranın qarşısında susqunluq nümayiş etdirir və daha çox Kremlə yaxın mövqe tutur.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Sovet İttifaqı dövründə jurnalistika yalnız xəbər vermək deyil, həm də dövlətin ideoloji və kəşfiyyat maşınının bir hissəsi olmaq vəzifəsi daşıyırdı. Xaricə ezam edilən sovet “jurnalistləri”nin böyük əksəriyyəti əslində KQB üçün çalışan agentlər idi. Onların əsas missiyası Qərbdə təbliğat aparmaq və eyni zamanda məxfi məlumat toplamaq idi. SSRİ dağıldıqdan sonra bu ənənə formal olaraq ləğv olunsa da, faktiki olaraq davam etdirildi. Xüsusilə 2014-cü ildən – Krımın ilhaqı və Donbas müharibəsindən sonra – Kreml xaricdəki “yumşaq güc” alətlərini yenidən aktivləşdirdi. Bu kontekstdə “Sputnik” və “RT” kimi media layihələri ortaya çıxdı.

“Sputnik” agentliyi formal olaraq xəbər xidməti kimi təqdim edilsə də, əslində onun fəaliyyəti Kremlin strateji məqsədlərinə xidmət edir. Məsələn, Baltikyanı ölkələrdə, Gürcüstanda və Azərbaycanda yerli informasiya məkanına təsir etmək, Kremlin narrativlərini yaymaq və cəmiyyətlərdə çaşqınlıq yaratmaq üçün istifadə olunur. Azərbaycanın “Sputnik Azərbaycan” ofisinin fəaliyyətinin də bu kontekstdə qiymətləndirilməsi vacibdir. Onun əməkdaşlarının saxlanılması, əslində jurnalistikaya qarşı deyil, məhz kəşfiyyat xarakterli fəaliyyətə qarşı addım idi. Bununla belə, Rusiya Jurnalistlər İttifaqı və bəzi beynəlxalq qurumlar məsələni azad söz kontekstində təqdim etməyə çalışaraq mahiyyəti bilərəkdən təhrif edirlər.

Rusiyanın mövcud media mühiti beynəlxalq reytinqlərdə ən geridə qalan ölkələr sırasındadır. “Sərhədsiz Reportyorlar”ın 2024-cü il hesabatında Rusiya mətbuat azadlığı reytinqində 180 ölkə arasında 164-cü yeri tutur. Müqayisə üçün, qonşu Gürcüstan 77-ci, Ukrayna isə 61-ci yerdə qərarlaşıb. 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist qətlə yetirilib və onların çoxunun işi hələ də açılmayıb. 2019–2024-cü illərdə isə ən azı 26 jurnalist siyasi motivlərlə həbs edilib. Üstəlik, ekspertlərin qiymətləndirməsinə görə, son on ildə Rusiyada müstəqil medianın həcmi təxminən 70% azalaraq demək olar ki, yox dərəcəsinə çatıb.

Rusiya Jurnalistlər İttifaqı isə ölkədə real təqiblərə və jurnalistlərin ölümünə səssiz qalaraq, məhz Kremlin təbliğat maşınına çevrilən media qurumlarını müdafiə edir.

“Sputnik” əməkdaşlarının saxlanılması kimi halları “müasir repressiya” kimi təqdim edir, lakin Anna Politkovskaya, Yuri Şekoxixin kimi qətlə yetirilən və ya həbs edilən jurnalistlərin müdafiəsi üçün heç bir ciddi mövqe ortaya qoymur. Bu, açıq şəkildə göstərir ki, Rusiyanın media strukturları hələ də sovetdən qalma ənənələr əsasında işləyir və dövlətin siyasi məqsədlərinə xidmət edir.

Rusiyada jurnalistika iflas edib – bir tərəfdə susdurulmuş, təqib olunan müstəqil media, digər tərəfdə isə jurnalistika adı altında fəaliyyət göstərən təbliğat və kəşfiyyat şəbəkəsi var. Beynəlxalq jurnalist təşkilatları yalnız repressiyalara qarşı çıxmaqla kifayətlənməməli, həm də medianın siyasi məqsədlərlə sui-istifadəsinə qarşı çıxmalıdırlar. “Sputnik” sindromu ilə üz-üzə olan ölkələr isə informasiya təhlükəsizliyini qorumaq üçün daha sərt və prinsipial mövqe sərgiləməlidirlər. Medianın yenidən cəmiyyətin vicdanı və nəzarətçisi ola bilməsi üçün Kremlin və onun institutlarının ifşa edilməsi həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi müzakirə mövzusu olmalıdır. Jurnalistika kəşfiyyat aləti deyil, cəmiyyətin səslərinin əks-sədası olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 İyul 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri