Rusiyada mədəndə uçqun: Ölənlər var
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində kalium mədənində uçqun baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub.
Bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin xəbər verib.
Bildirilir ki, hadisə "SKRU-3" mədənində yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 09:00) şaxtanın yoxlanması işləri zamanı baş verib.
"Solikamskdakı kalium mədənində şaxtanın yoxlanması üzrə planlı işlər zamanı mədənin iki işçisi ölümcül xəsarət alıb", - deyə o, özünün "Telegram" kanalında yazıb.
Mədənin sahibi olan "Uralkali" şirkətinin məlumatında bildirilir ki, işçilər duz qatının bərkidici örtükdən qopması nəticəsində həlak olublar.
Qeyd olunub ki, bədbəxt hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.
Bir gün əvvəl Rusiya mediasında Solikamskdakı mədəndə dağ süxurlarının uçması barədə məlumat verilmişdi.
"Cebheinfo.az"
Baxış sayı:150
Bu xəbər 13 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















